Azərbaycan XİN başçısı Serbiyaya işgüzar səfərə yola düşüb


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə yola düşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Səfər çərçivəsində nazir Ceyhun Bayramovun Serbiyada yüksək səviyyəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.


MANŞET XƏBƏRLƏRİ