Mənim müşahidələrimə görə, əsas qeyri-müəyyənlik Avropa liderləri arasındadır. Azərbaycana gəlincə, bizdə heç bir qeyri-müəyyənlik yoxdur.
Turkustan.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Çinin CGTN telekanalına müsahibəsində bildirib.
“Biz Prezident Trampın ABŞ-a rəhbərlik etdiyi zamanı xatırlayırıq və son 4 ildə Bayden administrasiyasının Azərbaycana ədalətsiz yanaşması səbəbindən əlaqələrimizin tamamilə korlanmasından fərqli olaraq, bizim əlaqələrimiz çox uğurla inkişaf edirdi. Beləliklə, Prezident Trampla birgə işləməklə bağlı əvvəlki təcrübəmiz çox müsbət idi. Biz gözləyirik ki, ABŞ-Azərbaycan münasibətlərində itirilmiş illər hesab etdiyimiz bu 4 il artıq tarixə qovuşacaq və biz yenidən başlayacağıq”, – dövlət başçısı deyib.