Prezidentdən Afaq Məsudla bağlı SƏRƏNCAM


Afaq Məsuda Azərbaycan Prezidentinin fərdi təqaüdü təyin edilib.

Turkustan.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncamla təqaüd Afaq Məsud qızı Vəliyevaya (Afaq Məsuda) Azərbaycan ədəbiyyatının inkişafında xidmətlərinə görə verilib.

Qeyd edək ki, Afaq Məsud Xalq yazıçısı və Əməkdar incəsənət xadimidir. O, ötən ilin noyabrında ləğv olunmuş Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsində uzun müddət çalışıb.


MANŞET XƏBƏRLƏRİ