Prezident Əhməd Əhmədzadə ilə bağlı sərəncam imzaladı


Əhməd Əhmədzadə “Şərəf” ordeni ilə təltif edilib.

Turkustan.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncamla Ə.Əhmədzadə Azərbaycanda dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şərəf” ordeni ilə təltif olunub.

Əhməd Əhmədzadə 2006–2021-ci illərdə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifələrində çalışıb.

Qeyd edək ki, o, ötən ilin oktyabr ayında Baş nazirin köməkçisi vəzifəsinə təyin olunub.

Əhməd Əhmədzadə bu gün 80 yaşını tamamlayır.

Prezident Əhməd Əhmədzadə ilə bağlı sərəncam imzaladı


MANŞET XƏBƏRLƏRİ