Bakı Qarabağın bərpasında Rusiya sərmayəsini gözləyir və Rusiya şirkətlərinin gəlişini görməyə şad olacaq.
Turkustan.az xəbər verir ki, bunu Prezident İlham Əliyev dekabrın 17-də Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkətinə və Rusiyanın "Ria Novosti" agentliyinə müsahibəsində deyib.
Prezident İlham Əliyev eyni zamanda qeyd edib ki, burada ilk investisiya layihəsi Tatarıstan tərəfindən həyata keçirilib.
“Bu, Cəbrayıl rayonunda yerləşən KAMAZ servis mərkəzidir, onu Tatarıstanın rəhbəri ilə birlikdə açmışıq”, - deyə Azərbaycan lideri bildirib./publika.az