Prezident İlham Əliyev Siyavuş Əşrəf oğlu Kəriminin Azərbaycan Milli Konservatoriyasının rektoru vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.
Bununla bağlı President.az məlumat yayıb.
Dövlət başçısının digər sərəncamı ilə, Kamilə Hüseyn qızı Dadaş-zadə Azərbaycan Milli Konservatoriyasının rektoru təyin edilib.