Musiqi kəhkəşanında qəfil parlayan “Dan ulduzu”


Aynur TURAN

Bu gün yaşadığımız cəmiyyəti, həyatımızın hər hansı bir hissəsini qadınlarsız təsəvvür etmək mümkün deyil. Təqvimdə bir əsrdən artıq tarixi olan Beynəlxalq Qadınlar Günü də xanımların cəmiyyətdə, o cümlədən mədəniyyət və incəsənətdə yerinə, roluna diqqət yetirmək üçün daha bir fürsətdir.Qadınlar öz qüdrət və bacarıqlarını istər siyasət, ər meydanında, istər ədəbiyyat, incəsənət və s. sahələrdə yetərincə nümayiş etdirmiş, hətta öz adlarını tarixin şanlı salnamələrində həkk etdirmişlər. Bəli, ayrı-ayrı dövrlərdə tarixə iz qoyan qadınların sayı günü-gündən artmaqda, çoxalmaqdadır. Qeyd etdiyimiz kimi, digər sahələrdə öz sözünü deməyi bacaran Azərbaycan qadını incəsənətdə- musiqi dünyasında da silinməz izlər qoymuş, Azərbaycan sənətinə, eləcə də bəşəriyyətə silinməz izlər, təkrarsız töhfələr qıyub getmişlər. Neçə il ömür sürmələrindəndən asılı olmayaraq, onlar bizim sönməyən ulduzumuza çevrilmişlər. Azərbaycan səmasının əbədiyaşar ulduzlarından biri - Gülarə Əliyevanın bu il 90 illik yubileyidir. Bu münasibət ilə bu vəsaiti işləməyi özümüzə borc bildik. Vəsait iki hissədən ibarətdir. I hissə “Dan ulduzundan düşən işıq” adlanır və onun həyatından bəhs edir. II hissədə isə onun yaradıcılığından bəhs edən tədbirlərdən söhbət açılır.

Həyat və yaradıcılığı

Əliyeva Gülarə Əziz qızı 17 noyabr 1933-cü ildə Bakıda anadan olub. 1955-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. Səid Rüstəmov adına xalq çalğı alətləri orkestrində, eləcə də Ə.Dadaşov adına xalq çalğı alətləri ansamblında çalışmışdır. 1966-cı ildən özünün təşkil etdiyi “Dan ulduzu” instrumental ansamblının rəhbəri idi.

Eyniadlı muğamlar əsasında “Şüştər” rapsodiyası, “Humayun” süitası, "Bayatı-kürd", "Şur" fantaziyalarının müəllifidir; ansambl üçün bir sıra xalq mahnısını aranje etmişdir. Ansambl ilə Əlcəzair, Suriya, Livan, Anqola, İtaliya, Bolqarıstan, Efiopiya, İsveçrə, Hindistan, Finlandiya və s. xarici ölkələrdə çıxış etmişdir. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyət göstərmiş, 1966–1988 illərdə musiqi nəzəriyyəsi kafedrasının müdiri olmuşdur. “Dan ulduzu” ansamblına onun adı verilmişdir.

1991-ci ildə həyat yoldaşı, kulturoloq Adil Adilovu, Moskva klinikasına müalicəyə yola salarkən kiçik qızı Nuridə və “Dan ulduzu” ansamblının istedadlı violonçelisti Minirə ilə birgə eyvana çıxır və köhnə eyvanın uçması nəticəsində həlak olur.

Oftalmoloq Zərifə Əliyeva, endokrinoloq Tamerlan Əliyev, onkoloq Cəmil Əliyevin bacısıdır. Həkim Əziz Əliyevin qızıdır.

Ümummilli lider Heydər Əliyevin baldızıdır.

Azərbaycan musiqiçisi, pianoçu, Gülarə Əliyevanın anadan olmasının 90-illik yubileyi ilə əlaqədar olaraq, bir sıra tədbirlər: kitab müzakirəsi, oxucu konfransı, rəsm müsabiqəsi, icmal, dəyirmi masa, ədəbi-bədii gecə və s. keçirilə bilər.

Əməkdar incəsənət xadimini tamıtmaq, sevdirmək, yaradıcılığını gənc nəslə və şagirdlərə tanıtmaq məqsədilə kitabxanada kitab sərgisi təşkil olunmalıdır. Sərgiyə müxtəlif başlıqlarlar verilə bilər: “Ömür yarımçıq olmur”, “Gülarə Əliyevanı xatırlayarkən”, “Dan ulduzu-Tale ulduzu”, “Daima təzə-tər melaodiyalar”, “Qızıl fondun bəzəyi”, “İlıq bir təbbəssümlə mahnılar gülən qadın”, “Dan ulduzun işığı”, önməyən ulduzun həyat nağılı”, “Dan ulduzundan düşən işıq”, “Barmaqları ilə möcüzələr yaradan qadın”, “Arzusu təmiz, niyyəti təmiz qadın”, “Könüllərin Dan ulduzu - Gülarə Əliyeva”, “Qadınlar musiqidə”, “Musiqi kəhkəşanında qəfil parlayan “Dan ulduzu”” və s.

Azərbaycanın tanınmış musiqiçisi, pianoçu, sənətşünaslıq elmləri namizədi, Azərbaycan SSR əməkdar incəsənət xadimi Gülarə Əziz qızı Əliyevanın yaradıcı fəaliyyəti ən çox “Dan ulduzu” ilə vüsət tapdı. 1966-cı ildən özünün təşkil etdiyi “Dan ulduzu” instrumental ansamblının rəhbəri olub. Yaratdığı “Dan ulduzu” ansamblına onun adı verilmişdir.

Gülarə хanımın rəhbərlik etdiyi “Dan ulduzu” ansamblının repertuarına ancaq peşəkar bəstəkarların mahnıları daхil ola bilərdi. Bu, bədii rəhbərin ifaçılar qarşısına qoyduğu şərt idi.

“Dan ulduzu” nun adını хalq şairi Nəbi Xəzri təklif edib. İlk çıхışından “Dan ulduzu” insanlar tərəfindən sevilir. Gülarə хanım müntəzəm məşqlərin və ansambl üzvlərinin əzmkarlığı və sənətə sevgisi sayəsində arzuladığı ansamblı yaratmaqla çoх musiqi kollektivlərini, qrup və ansamblları arхada qoydu. “Dan ulduzu” tezliklə dövlət tədbirləri, konsertləri, хarici qastrol səfərlərinin bəzəyinə və aparıcı musiqi ansamblına çevrildi. Suriya, Livan, Əlcəzair, İsveçrə, Almaniya, Qvineya, Bissuada “Dan ulduzu” nun qastrol səfərinə çıхdığı dövlətlər, şəhərlər oldu. Хaricilər Azərbaycan musiqisinin Qərb musiqi alətlərində səslənməsini görüb təəccüblərini gizlədə bilmirdilər. Akif İslamzadə, Flora Kərimova, Yalçın Rzazadə, Hüseynağa Hadiyev və s. ifaçılar “Dan ulduzu” nun solistləri oldu. 1975-ci ildə isə Zeynəb Xanlarova “Dan ulduzu” yla bir silsilə proqramla dövlət konsertlərində çıхış etdi. Məmmədbağır Bağırzadə, tarzən Zamiq Əliyev, pianoçu Həsənağa Qurbanov, qaboy ifaçısı Kamil Cəlilov ansambla dəvət edildi.

Xədicə Abbasova, Şəbnəm Tapdıq, Züleyхa Mirismayılova və başqa ifaçılar “Dan ulduzu” yla məhşurlaşdılar, sevildilər. Gülarə хanım bölgələrdə oхuyan istedadlı gəncləri də kollektivə dəvət edər, onların potensial imkanlarının üzə çıхarılmasında köməkliyini əsirgəməzdi. O, müğənni Cavad Rəcəbovu Lənkərandan, Məhəbbət Kazımovu isə Laçından Bakıya dəvət edib onlarla bir neçə mahnılar yazdırmaqla ansambla dəvət etmişdi. Gülarə хanımın rəhbərlik etdiyi “Dan ulduzu” instrumental ansamblı tezliklə Azərbaycan televiziyası və radiosunun ştatına keçirilir. Bu ilk öncə kollektivə olan tamaşaçı marağının, istəyinin, tələbinin nəticəsi, sənətin qələbəsi idi.

Əməkdar incəsənət xadimi, rejissor Arif Qazıyevin və ssenari müəllifi Rəfiqə Məsudun araya–ərsəyə gətirdikləri “Dan ulduzu–tale ulduzu” televiziya filmində ansamblın yaranması, Gülarə xanımın onun formalaşması yolunda çəkdiyi əziyyətlər barədə ətraflı məlumat verilir. “Dan ulduzu” ansamblının yaranması Azərbaycan musiqi tarixində yeni hadisə idi.

Gülarə Əliyeva şərəfli bir ömür yolu keçib. 1933-cü il noyabrın 17-də Əziz Əliyevin ailəsində doğulmuşdu. 1956-cı ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının fortepiano və nəzəriyyə fakültəsini əla qiymətlərlə bitirmiş, 1966-cı ildə “Bəstəkar F.Əmirovun yaradıcılığı” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdi. 1967–1989-cu illərdə M.Əliyev adına İncəsənət İnstitutunun (indiki Mədəniyyət və İncəsənət Universiteti) musiqi kafedrasının müdiri olmuşdu.

Əvvəlcə Azteleradio, sonra isə S.Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrində konsertmeyster işləmişdir. 1968-ci il Gülarə xanımın həyatında, taleyində dönüş ili olmuşdur. Həmin ildə “Dan ulduzu” kamera–instrumental ansamblı fəaliyyətə başlamışdı. O, düz 23 il bu kollektivə rəhbərlik etmişdir. Ömrünün sonunadək “Dan ulduzu” nu öz övladı kimi sevmiş, ondan ayrılmamışdır.

Gülarə хanım bölgələrdən də istedadlı gəncləri kollektivə dəvət edir, onların potensial imkanlarının üzə çıхarılmasında köməyini əsirgəmirdi. “Dan ulduzu” instrumental ansamblı sonradan Azərbaycan Teleradio şirkətinin ştatına keçirildi.

Gülarə xanım elə bir musiqiçi idi ki, tanınmış bəstəkarların çoxu mahnılarını, əsərlərini həvəslə ona həvalə edirdilər. Ansambl çox sevilirdi. Hər bir müğənni o zaman bu ansamblda çıxış etmək istəyirdi. O zaman bu ansamblda oxuyan müğənnilər brend sayılırdı. Seçmə müğənnilər bu ansamblda oxuyurdu. Gülarə xanımın ürəyi çox yumşaq idi. Bəzən bir o qədər populyar olmayan müğənnilər də ansamblda oxumaq istəyəndə, onlara yox demirdi.

Əməkdar incəsənət xadimi, pianoçu, mərhum Həsənağa Qurbanov onunla birgə bu ansamblda çalışmışdı. Hətta Gülarə xanımdan sonra bu ansambla rəhbərlik etmişdi. Hər dəfə onunla görüşəndə Gülarə xanımdan söhbət açardı. Gülarə xanımla bağlı bir kitab da yazmışdı. Doğrudur, Həsənağa müəllim çox çalışdı bu kitabı çap etdirməyə. Amma amansız ölüm Həsənağa Qurbanova bu arzusunu reallaşdırmağa imkan vermədi. Gec də olsa, “Bizim Gülarə Əliyeva” kitabı işıq üzü gördu.

Kitabda Gülarə Əliyevanın sənət dostlarının, tanınmış incəsənət adamlarının onun haqqında xatirələri yer alıb. Sənət dostları onu “Dan ulduzu” kimi əbədiyaşar insan adlandırıblar.

Gülarə Əliyeva musiqiçi və gözəl bir şəxsiyyət kimi xalqına xidmət edirdi. Bu insanda çox müsbət keyfiyyətlər toplaşmışdı. O, Azərbaycanın görkəmli professional bəstəkarlarını ansambla dəvət edir və onların əsərlərini ifa edirdi. Gənclərlə işləməyə də çox üstünlük verirdi. Gülarə xanımın faciəvi şəkildə dünyasını dəyişməsi bütün musiqisevərlər üçün böyük itki oldu.

Gülarə xanımın yeganə yadigarı Ayəndə xanım deyib: “Anam mənim xatirimdə mehriban, qayğıkeş bir insan kimi qalıb. Çox narahat insan idi. Biz bir yana gedəndə, evə dəqiq vaxtında gəlməyəndə nigaran qalar, balkona çıxıb gözləyərdi. Bəzən təzyiqi yüksələr, halı pisləşərdi. Evimiz qonaq–qaralı olardı, ansamblın məşqlərini də evdə edərdilər. O, musiqi ilə yaşayırdı. Həmişə fəxrlə deyərdi ki, məndən Üzeyir Hacıbəyov imtahan götürüb.

(ardı var)

Medianın İnkişafı Agentliyi — Vikipediya

Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması

QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur


MANŞET XƏBƏRLƏRİ