QHT “Qərbi Azərbaycan musiqi folkloru incilərinin toplanması” adlı layihənin icrasına başlayıb


İz – Mədəniyyətin inkişafına dəstək ictimai birliyi Azərbaycan Respublikası Qeyri-Hökmət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə 01.06.2024-cü il tarixindən “Qərbi Azərbaycan musiqi folkloru incilərinin toplanması” adlı layihənin icrasına başlayıb.

QHT.az xəbər verir ki, İz mədəniyyətin inkişafına dəstək ictimai birliyinin sədri Fəridə Mirişova bildirib ki, Xalq yaradıcılığı hər bir xalqın dünyagörüşünün, zəngin mədəniyyətinin, adət-ənənələrinin və milli kimliyinin ifadəçisidir: "Folklorun mühüm qollarından olan musiqi folkloru özündə Vətən sevgisindən qaynaqlanan bütün bu amilləri birləşdirməklə, yerli xüsusiyyətləri, insan və ətraf aləm münasibətlərini musiqi, vasitəsilə ifadə edir. Xalqın müasir həyatında canlı formada qorunub saxlanılmış musiqi folkloru ənənəvi mədəniyyətin tarixi izlərinin etik-estetik dəyərlərini, etnomədəni nailiyyətlərinin janr rəngarəngliyini nümayiş etdirir".

QHT sədri bildirib ki, Qərbi Azərbaycan dedikdə, böyük bir ənənəni özündə yaşadan İrəvan, Göyçə, Dərələyəz, Qafan, Gorus, Çıldır, Ağbaba və s. kimi geniş bir coğrafi ərazi nəzərdə tutulur: "Bu baxımdan Qərbi Azərbaycan musiqi folkloru özünün spesifik xüsusiyyətləri, öz fərdiliyi və özünəməxsusluğu ilə seçilir. Layihəyə cəlb edilən mövzunun özü indiyədək işlənməmişdir. “Qərbi Azərbaycan musiqi folkloru incilərinin toplanması” layihəsi çərçivəsində hazırlanacaq kitabda Qərbi Azərbaycan musiqi folklorunun müxtəlif janrlarından nümunələr toplanacaq və nota salınacaq. Layihə reallaşacağı təqdirdə konkret olaraq müasir Azərbaycanın hüquqi sərhədlərindən kənarda qalan Qərbi Azərbaycan Musiqi folkloru həm də tarixdir və sonrakı fundamental tədqiqatlar üçün dəyərli maddi, mənəvi, etnoqrafik mənbədir".


MANŞET XƏBƏRLƏRİ