Bakıda “MEDİAlab” layihəsinin hesabat konfransı keçirilir


Noyabrın 29-da Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə “Yeni media mühitində təhsil və məşğulluq imkanları” “MEDİAlab” layihəsinin hesabat konfransı keçirilir.

Turkustan.az xəbər verir ki, konfransın açılış mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov dünya miqyasında rəqəmsal texnologiyaya sürətli keçidinin, iqtisadiyyatın bütün ənənəvi sahələrində olduğu kimi, media sahəsində də innovasiya və texnologiyaların tətbiqinin, ən əsası, bunu bacara bilən kadrların hazırlanmasının zəruriliyini qeyd edib.

Onun sözlərinə görə, MEDİAlab layihəsinin fəaliyyət planının tədris proqramına uyğunlaşdırılması məqsədilə layihənin tərəfdaş universitetlərində təhsil alan 1000-ə yaxın tələbə arasında keçirilən sorğu nəticələrinin data əsaslı təhlili, media subyektləri ilə davamlı iş və çoxtərəfli kommunikasiya nəticəsində inkişafla bağlı hiss edilən ehtiyaclar, media sahəsində məşğulluqla bağlı həm yerli, həm də beynəlxalq tendensiyaların müqayisəli analizi və gənclərə məşğulluq imkanlarının yaradılmasının beynəlxalq təcrübədə verdiyi müsbət nəticələr bir daha gənclərdə gələcəyə ümidli olmağa əsas yaradır.


MANŞET XƏBƏRLƏRİ