Əsri çiyinlərində daşıyan sənətkar - Ordubadi


Aynur Turan

Dünyada böyük ədəbiyyatların geniş şöhrət qazanmış nəhəng yaradıcıları vardır. Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri olmaq etibarı ilə Ordubadinin xidmətləri çoxdur. O dərin mündəricəli romanları ilə Azərbaycan tarixini gözlərimiz önündə canlandırmışdır. O, inqilabçı ədibdir. Görkəmli yazıçı və içtimai xadim əsri çiyinlərində daşıyan sənətkar-Ordubadi də çoxəsirlik tarixi və davamlı ənənələri olan Azərbaycan ədəbiyyatının nəhəng ədəbi simalarından hesab edilir. Öz qüdrətli qələmini ədəbiyyatın bütün növlərində sınayan xalqımızın sevimli sənətkarı M.S. Ordubadi (1872-1950) qözəl nasir, istedadlı dramaturq, mahir jurnalist, publisist, şair və tərcüməçi olmaqla bərabər, həm də ədəbiyyatımızda tarixi roman janrının banisi kimi tanınıb. Ədib öz qələmi ilə yarım əsrdən artıq xalqının tərəqqisi və səadəti işinə xidmət göstərmişdir. Görkəmli sənətkarımız Məmməd Səid Ordubadi çox oxunan və çox sevilən yazıçılarımızdandır. Azərbaycan ədəbiyyatında məşhur tarixi roman janrının əsasını, bünövrəsini qoyan Ordubadi ədəbiyyat və mədəniyyətimizin tarixində silinməz iz qoyub getmişdir. Qüdrətli nasir-romançı, şair-felyetonçu, jurnalist və publisist M.S.Ordubadinin yaradıcılığında dramaturgiya da müəyyən yer tutur. Ədəbiyyatımızın, mətbuatımızın və mədəniyyətimizin inkişafında böyük xidmətləri olan yazıçı haqlı olaraq yeni ədəbiyyatın ilk klassiklərindən və yaradıcılarından hesab olunur. Xeyirxahlıq, insanpərvərlik, nəcib əməllərə sadiq olmaq hissi yazıçının hələ ilk yaradıcılıq dövrlərindən özünü göstərə bilmiş və bu, sonrakı yaradıcılığı üçün təməl daşı olmuşdur. Ordubadi böyük ilhamla yazıb-yaratdığı yüzlərlə felyetonları, kəskin satirik şeirləri ilə köhnə cəmiyyətin amansız qayda-qanunlarına qarşı çıxış edirdi. Məmməd Səid Ordubadi dövrün inqilabi ideyaları ruhunda köklənmiş ömür və yaradıçılıq yolu keçmiş sənətkar kimi tanınmışdır. Onun “Ədəbiyyat” adlı ilk mətbu şeiri də “Şərqi-Rus” qəzetinin 13 iyun 1903-cü il tarixli 31-ci sayında “Kərbalayi Məhəmməd Hacıağazadə, təxəllüsi “Səid Ordubadi” imzası ilə çap olunmuş və bu imza ilə də dövri mətbuatda məşhurlaşmışdı. 1906-cı ildə “Molla Nəsrəddin” jurnalının nəşrə başlaması Ordubadi yaradıcılığında yeni səhifələr açır. O, jurnalın əsas müəlliflərindən biri olur, felyetonları ilə geniş söhrət qazanır. Məmməd Səid Ordubadi həçinin “Tərəqqi”, “İrşad”, “Səda”, “Sədayi həqq”, “İttihad”, “Tazə həyat” qəzetlərində, “Tuti”, “Babayi Əmir” jurnallarında çıxışlar edir. 1906-cı ildə “Qəflət”, “Vətən və hürriyyət” (1907) şeirlər kitabı, “İki çocuğun Avropa səyahəti” (1908), “Bağı-şah, yaxud Tehran faciəsi” (1906), “Əndəlisin son günləri, yaxud Qrenadanın təslimi” (1914) dramları, “Qanlı sənələr (illər)” (1908), “Nisvani İslam”, (1911), adlı publisistik, kitabları işıq üzü görür. Sovet dövrü ədəbiyyatımızın ilk illərində o, siyasi-içtimai mövzularda ən çox yazan, hadisələrə açıq-aydın münasibət bildirən ədib, yeni quruluşun fəal təbliğatçısı kimi tanınıb. Hər gün dövri mətbuat səhifələrində məqalə və şeirlərlə çıxış edib.

Məmməd Səid Ordubadi 1872-ci ilin mart ayında Ordubad şəhərində anadan olmuşdur. Dövrünün tanınmış şairi Hacıağa Fəqirin ailəsində dünyaya göz açan, zəmanəsinin görkəmli şairi Mirzə Baxış və M.T.Sidqidən şeir-sənət dərsi alan Məmməd Səid Ordubadinin gənc yaşlarından şeirə maraq göstərməsi təbii idi. M.S.Ordubadi ana dilində yazdığı şeirləri “Səid Ordubadi”, yəni xoşbəxt ordubadlı təxəllüsü ilə yazırdı. Sonralar isə ədib daha çox “Molla Nəsrəddin” jurnalı səhifələrindən tanınmış və Cəlil Məmmədquluzadənin Onun bu dövr yaradıcılığında dram əsərləri də xüsusi yer tutur. “İşsizlər” pyesi “Tənqid-təbliğ” teatrının birinci açılış gecesində oynanılıb. 1941-ci ildə iyunun 22-də faşist Almaniyası ilə müharibənin başlanması yazıçılar qarşısında yeni vəzifələr qoyur. Bu dövrdə Məmməd Səid Ordubadinin yaradıcılığı öz müasirliyi və aktuallığı ilə seçilir. Müharibə mövzusunda yazdığı “Çəbhədən məktub” (1941) adlı ilk şeirində savaşa gedən əsgərin döyüşkən əhval-ruhiyyəsini təsvir edir. Tarixi mövzudan vətənpərvərlik məqsədilə istifadə edən yazıçı bir çox əsərlərini bu ideyaya həsr edir. “Maral” mənzum dramı bu baxımdan gözəl nümunə hesab olunur. Onun “Qara Məlik” (1941), “Camal” (1941), “Tarix və qələbə” (1942) və s. kimi oçerk-portretlərində xalqımızın tarixində ad çıxarmış qəhrəmanların vətənpərvərliyindən söz açılır.təklifi ilə “Hərdəmxəyal” təxəllüsü ilə əsərlərini orada dərc etdirmişdir. O, “Felyetonçu”, “S”, “O”, “M.S” və başqa imzalardan istifadə etmişdir.

O, yaradıcılığa XIX əsrin 90-cı illərindən başlayır. Dövrünün tanınmış şairi Hacıağa Fəqirin ailəsində dünyaya göz açan, zəmanəsinin görkəmli şairi Mirzə Baxış və M.T.Sidqidən şeir-sənət dərsi alan Məmməd Səid Ordubadi gənc yaşlarından şeir yazmağa başlayır. 1901-ci ildən Ordubadda ərbab Rzaqulu Rzayevin ipək fabrikində işləyən gələcək yazıçı ağır iş şəraitinə baxmayaraq, ədəbiyyatdan uzaqlaşmır. Həmin illərdə yazdığı bir şeirinə nəzər salaq:

Qorxuruq küləkdən, qorxuruq yeldən,

Ruzumuz asılmış incə bir teldən.

İşə çağırırlar ulduz batmamış,

İşdən burazmazlar şəhər yatmamış.

Gənclik illərinin romantika ilə dolu coşqun çağları da gənc ədəbiyyat həvəskarlarına təsirsiz qalmır. O, kiçik həcmli lirik parçalar yazır, hiss və duyğularını poetikləşdirməyə can atır:

Əzizim, hicri–qəmin aşiqə müsibət olur,

O sərv qamətini görməsəm, qiyamət olur.

Səfayi-gülşənə çıxma, bahara görsənmə,

O gül camalı qızılgül görüb xəcalət olur.

Ədib “Ədəbiyyat” adlı ilk mətbu şeiri “Şərqi-Rus”qəzetində nəşr olunur. M.S.Ordubadi “Həyatım və mühitim” adlı xatirələrində bu şeiri türkcə (azərbaycanca) yazdığı ilk nümunə kimi qeyd edir. Xalqı qəflət yuxusundan oyatmaq arzusunun ifadəsi olan bu ilk şeirdə müəllifin gələcəyə nikbin gözlə baxdığı aydın görünür.

Gözüm dur, xabi qəflətdən çıxıb gün aşikar oldu,

Bəhəmdulla şəbi-yelda gedib nisfü nahar oldu.

Dolubdu səfheyi-aləm şüai “Şərqi-Rus” ilə,

Qaranlıq könlümün zülmət sərası zərnigar oldu.

Bu şeir 1906-cı ildə Tiflisdə “Qeyrət” adlı 32 səhifəlik ilk şeirlər kitabına da daxil edilmişdir. Maraqlıdır ki, bu kitaba müqəddiməni görkəmli publisist Ömər Faiq Nemanzadə yazmışdır. Burada deyilir: “Bugünkü halımızda camaatı oxumağa həvəsləndirməyin ən gödək yolu, bizcə, açıq dil yazılan kiçik-kiçik faydalı kitablardır. “Qəflətən” nəşri-savad qəsdilə çıxardığımız əsərlərin birincisidir”. Yazıçının zəngin ədəbi irsi içərisində dünya ədəbiyyatından etdiyi tərcümələr də xüsusi yer tutur. Puşkinin “Baxçasaray fontanı”, “Boris Qodunov”, “Sevilya Bomarşenin “Sevilya bərbəri” və s. əsərlərin tərcüməsini buna misal göstərmək olar. Məmməd Səid Ordubadi ədəbi janrın demək olar ki, hamısında yazıb yaradıb. Amma o romanlıarı ilə daha çox tanınıb. Tarixi romanın banisi kimi yüksək sənətkarlıq bacarığını “Dumanlı Təbriz”, “Gizli Bakı”, “Döyüşən şəhər” və ömrünün son illərində qələmə aldığı “Qılınc və qələm” romanı ilə nümayiş etdirib. İlk tarixi romanı olan “Dumanlı Təbriz” Azərbaycan nəsrinin ən yaxşı nümunələrindən biri kimi ədibə böyük şöhrət gətirir. M.S.Ordubadi zəngin yaradıcılığı ilə xalqımızın tarixi keçmişini, qəhrəmanlıq səhifələrini, inkişaf və azadlıq mübarizələrini ardıcıl olaraq tədqiq və təsvir edən sənətkar olub.

Sonuncu tarixi romanı isə “Qılınc və Qələm”dir. Məmməd Səid Ordubadi yaradıcılığının mövzu dairəsi və janr rəngarəngliyi olduqca genişdir. Bu zəngin və çoxcəhətli ədəbi irsdə beynəlxalq mövzulara həsr olunmuş şeirlər və mənzum felyetonlar böyük yer tutur. Azərbaycan ədəbiyyatının gözəl inqilabi ənənələrinindən biri də beynəlxalq həyat mövzularını işləmək, xarici aləmdə baş verən hadisələrin mahiyyətini, içtimai mənasını obrazlı şəkildə açıb göstərmək, imperalizmi müstəmkəçiliyi ifşa edən əsərlərlə dünya fəhlə hərəkatının, məzlum xalqların milli-azadlıq mübarizəsinə təsirli yardım göstərmək olmuşdur. Bu sahədə Məmməd Səid Ordubadinin xidməti çox böyükdür Ədəbiyyatımızın tarixinə şair, nasir, publisist, dramaturq və mühərrir kimi daxil olan Məmməd Səid Ordubadi yalnız Azərbaycanda deyil, respublikamızın hüdudlarından kənarda da tanınmış qüdrətli söz ustalarındandır.

(ardı var)

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin bəyanatı

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur


MANŞET XƏBƏRLƏRİ