QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur
IV Yazı
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı
elmi işçisi, dosent, fəl. üzrə fəlsəfə doktoru Faiq Ələkbərli
Türkbirliyinisarsıtmaq,onun gerçəkləşməsinəəngəl olmaq istəyyənlər içimizdə və dışımızdahəmişəolmuşdur.Hələ, 1918-ciildəOsmanlı Türkəskəriözvəzifəsinişərəfləyerinəyetirib,obyektivsəbəblərəgeriyə-Türkiyəyədöndükdənsonrasapıözümüzdənolanbəzi"bolşevik", "menşevik" (S.Ağamalıoğlu,Ə.Qarayev,RuhullaAxundovvəb.)azərbaycanlılaronlaraqarayaxmağaçalışmışlar.Məsələn,menşevikS.Ağamalıoğludeyirdiki,türklərinzamanındaqoyulansiyasətazadlığavəistiqallaziddir,çünkibusiyasətfəhləvəkəndliniəzirvəs.
AncaqparlamentkürsüsündənAzərbaycantarixindəAnadoluTürkəskərininlayiqolduğuşərəflimövqeyinimüdafiəedənMəhəmmədƏminRəsulzadəonlaracavabolaraqbildirirdiki, TürkəskəriniAzərbaycana"Müsavat"təkdeyil,sosialistlərləbiryerdəçağırmışdı: ""Müsavat"türkləriçağırdı,çünkiburadaAzərbaycantürklərininhəyatıtəhlükədəidi.BuməsələdəozamankıAzərbaycanMilliŞurasımüttəfiqidi.Bunöqteyi-nəzərdəsosialistlərpeşmanolsalarda,ogünbizimləbərabəridilər.Ağamalıoğlu datürkləriçağırmışdı.Ancaqonlarindibundanimtinaetslərdə,bizkamali-cəsarətlədeyiriz:türkləriçağırdıqvəbunuladaiftixarediriz!.Çünkitürklərgəlməsəydi,BakıdabaşverənmarthadisəsinintəsiriyalnızBakıdaqalmayıb,bütünAzərbaycanıistilaedəcəkdi,millətdəümumiqətlə-qırğınaməruzqalacaqdı".
Buodeməkdirki,Azərbaycantürklərinin,ümumiilkdəbütünazərbaycanlılarınxilasınaqoşanOsmanlı TürkəsgərləriAzərbaycanıözləriüçün,heçbirtərəddüdetmədənVətənsanmışvəVətənuğrundaşəhidolmuşlar.BununeynisiniAzərbaycantürkləriÇanaqqaladayapmışlar.AzərbaycantürkəskəridəAnadolutürkləriiləbiryerdəTürkiyəniişğaletməkistəyənxariciqüvvələrəqarşı,Çanaqqaladabirgədöyüşmüşvəbiryerdədəşəhidlikzirvəsinəucalmışlar.ÇünkitürklərüçünTürkiyə,Azərbaycan,Türküstan(OrtaAsiya),birsözləTuranvahidvətəndir,vahidbayraqdır,vahiddövlətdir,vahidmədəniyyətdir.
Azərbaycan Cümhuriyyətinin müstəqilliyinin təhlükə altında olması isə Rəsulzadəni düşündürən əsas məsələlərdən idi. Azərbaycan Milli Şurasının iclaslarında Rəsulzadə deyirdi ki, Azərbaycan Cümhuriyyətinin gələcək varlığı hamını düşündürməlidir. Çox keçmədi ki, bu acı reallıq özünü göstərdi, istiqlalı qoruyub-saxlamaq mümkün olmadı. Rəsulzadə parlamentdəki son çıxışında deyirdi: "Əfəndilər, mötəcazir bir ultumatum qarşısında qalmışıq. Burada təslimdən bəhs edirlər. Fəqət, əfəndilər, təslim nə demək?... Kimə tərki mövqe edirik? Bizə deyirlər ki, hüdudunuz keçən ordunun başında Nicati adında bir türk komandanı durmuşdur. Rusiyadan gələn bu mötəcaviz ordu təmin edirlər ki, həyat və məmat mücadiləsində qalan Türkiyəni xilas üçün gedir. Əfəndilər, Türkiyə Azərbaycanın xilaskarıdır. Amali milliyyətimizin təbcil eylədiyi müqəddəs bir məmləkətdir. Onun xilasına gedən qüvvəti biz məmnuniyyətlə istiqbal və teşyi edərik. Fəqət bir şərtlə ki, bu qüvvət bizim hürriyyətimizi, istiqlalımızı çeynəməsin. Halbuki, əfəndilər, bizə sormadan hüdudumuzu keçən hər hansı bir qüvvət dostumuz deyil, düşmənimizdir... Biz buraya millətin iradə və arzusuyla gəldik, bizi buradan yalnız qüvvət və süngü çıxarmalıdır". [1]
O, Azərbaycan Cümhuriyyətinin göz görə-görə məhvi ilə heç cürə razılaşa bilmirdi. Rəsulzadə parlament və hökumət üzvlərinin yadına salırdı ki, milli dövləti göz bəbəkləri kimi qoruyacaqları barədə and içiblər. Mütəfəkkir onları bu andlarını yerinə yetirməyi çağırır: "Bu kürsüdən çox kərə istiqlalımızı göz bəbəyi kimi saxlamağa, hürriyyətimiz yolunda canımızı sipər etməyə, "öldü var, döndü yoxdur"- deyə son damla qanımıza qədər dayanmağa and içmiş adamlar deyilikmi?.. Orada olan əhali bu nitqi ağlayan gözlərlə alqışladısa da, məclisin əksəriyyəti tarixin gedişatına təslim oldu, Səyavuşun öldürülməsinə razı oldu". [2]
M.Ə.Rəsulzadənin burada parlament üzvlərinin bir qisminin "Səyavuşun öldürlməsinə razı" olmasını xüsusilə vurğulaması səbəbsiz deyil: "Türklərin Azərbaycan üzərində mənəvi nüfuzundan istifadə ilə bolşeviklər Yaxın Şərqdə özlərini o qədər sevdirə bildilər ki, bunlar müsəlmanların könlünü fəth edərək, Azərbaycanın istila deyil, əksinə, İstanbulu belə qurtaracaqlarına inandırdılar. Hər nə qədər Müsavat Partiyasına mənsub olan millətsevərlər xalqı bu yuxudan oyatmaq istəyir, "camaat aldanmayın"- deyir, bunlar dərhal Quranın buyurduğu, "İnnə Yəcücə və məcucə müfsidunə filərz"-edərlər. Eyni məxluqlərdir ki, Krım, Türküstan və Bakı faciələrini icad etdilər... Hətta iş o mərhələyə gəlmişdi ki, küçə baqqalları belə bolşevikin, artıq gördükləri "spekulyasion" düşməni olmadığına inanmışdılar, dargörüşlü ittihadçılar da Qarayevin qızıl yalanlarına qapılmışdılar. Düşünürdülər ki, Rusiya gələcək, Ermənistanı ortadan qaldıracaq və ordularını Mustafa Kamal Paşanın yardımına göndərəcəkdir. Yalanın ömrü az olur. Xalq hikmətincə açıq olan bu həqiqət bir daha isbat olundu. Bolşeviklərlə bolşevik təbliğatı aparanların yalanlarına aldanan xalq, Qızıl ordunun Ermənistana təcavüzünü gözlərkən Moskvanın, Ermənistanın istiqlalını tanıdığı xəbəri alındı". [3]
Göründüyü kimi, aldanan yalnız Azərbaycanın daxilindəki qüvvələr deyildi. Eyni zamanda Azərbaycanın özünə arxa bildiyi Osmanlı dövləti də bu məsələdə yanlışlığa yol verdi. Osmanlı dövlətində bəziləri hesab edirdilər ki, Azərbaycan sovetləşsə də müstəqil dövlət olaraq qalacaq. Ancaq bu belə olmadı. "Adı müstəqil Azərbaycan, özü Rusiyanın federativ bir hissəsi! Daha doğrusu, muxtar bir vilayəti! Millətsevər Azərbaycan türkçülərinin vaxtilə kimsəyə sözlə inandıra bilmədikləri həqiqətləri bolşeviklər işləri ilə isbat etdilər. Xalq həyəcana gəldi. Aldanmış adam qızğınlığı ilə dil və dodağını dişlədi: fəqət iş-işdən keçmiş, ox yaydan çıxmışdı". [4]
Bununla da Azərbaycanın qısamüddətli, ancaq şərəfli istiqlal tarixinə, müvəqqəti də olsa, son qoyuldu. Lakin bu mübarizə heç vaxt bitmədi. Əksinə, bu, daima Azərbaycan türkləri tərəfindən davam etdirildi. M.Ə.Rəsulzadə də türklərin heç vaxt mübarizədən geri çəkilməyəcəyini yaxşı bilirdi. Rəsulzadə inanırdı ki, bu istila uzun müddət davam etməyəcək: "Azərbaycanlılar türkdürlər: türklər də Ergenokon tilsimində iki yüz il qaldılar. Nə qədər çalışırdırlarsa da bir tərəfə çıxamadılar. Geniş dünyaya həsrət qaldılar. Fəqət bir dəmirçinin yaxşılığı kifayət idi ki, türklər dəmir dağları əridib geniş dünyaya çıxsınlar. Əsrimizin Səyavuşu ölmüşsə də onun doğurduğu istiqlal fikri ölməmişdir. Bu fikrin tərəfdarları indiki halda dağlarda, vətənlərindən uzaq məmləkətlərdə, həbsxanaların qaranlıq və rütubətli guşələrində qaçaq, qaçqın, köməksiz, bir halda yaşayırlar. İstiqlal və hürriyyətimizin kövrək əlaməti- o üç rəngli istiqlal bayrağı zahirən yoxsa da, qorxudan bolşeviklik ifadə edən gözlərin önündə olub, ürəkdə onun eşqi çırpınmaqdadır". [5]
M.Ə.Rəsulzadə mühacirət həyatı dövründə də milli istiqlal və müsavatçılıq ideyalarını davam etdirib. Bu dövrdə əsas məsələ milli istiqlal davası idi ki, Rəsulzadə yalnız elmi-siyasi məqalələr yazmaqla kifayətlənmir, həm də əməli işlər görürdü. O, Azərbaycanın istiqlalı uğrunda mübarizə aparan təşkilata rəhbərlik edir, onun ölkə daxilində və xaricində təbliğatını təşkil edirdi. Rəsulzadə yazırdı: "Bulunduğumuz mühacirət şərtləri daxilində, Azərbaycan davası naminə birləşmək, milli davanı yaşatmış və yaşadan fikir sistem və nümayəndələrinə hörmət etməklə olur. Bunun üçün hər türlü kiçik hesablardan və hisslərdən sıyırlaraq fikrə önəm vermək lazımdır". [6]
Rəsulzadə Türkiyədə "Yeni Qafqasiya"nın ilk nömrəsindəki "Atəş çalan Prometey" məqaləsində yazır: "Bəhri-Xəzər sahilindən başlayan ilk mənzərə qüvvətli bir aydınlıq təşkil edirdi. Bu, səmalara doğru yüksələn bir atəş idi. Azərbaycan isminin müsəmməsini təşkil edən atəş, o atəş ki, mədəniyyəti bəşəriyyət ilk əvvəl onun yaxdığı ocaq başında təsis edilmiş. O atəşi müqəddəs ki, "promotey" özünü çalaraq, yer üzünə qaçırdığı üçün hələ əzab çəkməkdə, cəsarət və üsyanının cəzasını görməkdədir". [7] "Yeni Qafqasiya"da qələmə aldığı başqa bir "Böyük faciə" məqaləsində isə Rəsulzadə yazır: "Böyük faciə! İştə türk tarixçisinin bundan tam 7 sənə əvvəl Bakıda vüqu bulan hadisəyə verəcəyi ən müvafiq bir isim yüz sənəlik bir əsarət, bu dövrdə yaşanan tarixin həyat səhifələri, məhkumiyyət və əsarət!". [8][9]
Rəsulzadə 1920-ci illərin birinci yarısında Azərbaycanda bolşevik rejiminə qarşı baş qaldıran milli azadlıq hərəkatına diqqətlə yanaşırdı. M.Ə.Rəsulzadə bütün hallarda xalqın nicatını özündə axtarmağa üstünlük verirdi. M.Ə.Rəsulzadə yaxşı bilirdi ki, istər demokratik, istər qeyri-demokratik Rusiya Azərbaycana qarşı münasibətdə birmənalı mövqe tutacaq. Rəsulzadə azadlıq məsələsində Azərbaycanın yalnız özünə güvənməsini istəyirdi: "… bu yol çox müşkül və tikanlı olmaqla bərabər, gedilmiş şanlı bir yoldur. Bu həqq yolu və millət yoludur. Bir yol ki, Avropa XVIII, bilxassə XIX əsrdə getmişdir. Bir yol ki, müasir Şərq hal-hazırda o yola salik olmuşdur. Bir yol ki, sabiq Rusiya imperatorluğu daxilində yaşayan məhkum millətlər, dəxi o yola girmişlərdir. Bir yol ki, səvarisi milliyyət hədəfi istiqlaldır!". [10]
Rəsulzadə bolşeviklərin Azərbaycan və onun xaricində aparılan azadlıq mübarizəsinin qarşısında aciz olduğunu bildirirdi. "Odlu yurd" jurnalının ilk sayında baş məqalənin müəllifi M.Ə.Rəsulzadə "Çöhrəmiz" adlı məqaləsində yazır: ""Odlu yurd"! bu iki söz türkcə kəlmənin "Azərbaycan"ın müqabil olduğunu söylərsək, məsələn, yarı-yarıya anlaşılmış olur. Yarı-yarıya deyirik, çünki hal-hazırda bir deyil, iki Azərbaycan vardır. Rus istilasına pərdəlik rolunu oynayan "qızıl Azərbaycan" ilə, qəlbində hürriyyət və istiqlalın sönməz odunu daşıyan milli Azərbaycan! "Odlu yurd" milli Azərbaycan fikrinin mürəvvici olaraq intişar edir… Qəzetimizin başında Azərbaycanın əski, yeni maddi çox bulunan işıq və odlarını göstərən lövhədə bu hər tərəfə nur saçan, bir ulduz şəklində göstərilmişdir. Səkkizguşəli ulduz Milli Azərbaycan ulduzudur. Bu ulduz hilalı ilə birlikdə mavi, qırmızı və yaşıl rənglərin üzərinə gəlincə Milli Azərbaycan bayrağını təşkil edər. Milli Azərbaycan bayrağı- iştə bizim çöhrəmiz!...İstiqlal iştə Azərbaycan milliyyətçilərini məşğul edən ən aktual bir məsələ!...İstiqlal milli hakimiyyət xaricində var deyildir....Müstəqil millət demək, xalq hakimiyyətinə dayanan milli dövlət deməkdir....Taktikamızda daha real və metodik olmaq istərik!...Milli hakimiyyəti uğrunda çarpışan çalınmış istiqlalını geriyə almaq üçün çalışan bir millət çöhrəsi!". [11]
[1]Yaqublu N. Məmməd Əmin Rəsulzadə. Bakı: Gənclik, 1991,s.146-147
[2]Rəsulzadə M.Ə. Əsrimizin Səyavuşu, Çağdaş Azərbaycan ədəbiyyatı, Çağdaş Azərbaycan tarixi. Bakı: Gənclik, 1991,s.49
[3]Yenə orada,s.50-51
[4]Yenə orada,s.52
[5]Yenə orada,s.54
[6]Aküzüm F.M. Emin Resulzadeyə göre çeşitli cebhelerile Azerbaycan istiklal mücadilesi. Ankara: 1977,s.14