Emin Ağalarovun konsertləri ləğv olundu


Xalq artisti Emin Ağalarovun bu gün və sabah Rusiyada keçirilməsi planlaşdırılan konsertləri ləğv olunub.

Turkustan.az xəbər verir ki, bu haqda ifaçının rəsmi instaqram hesabında məlumat paylaşılıb. Qeyd edilib ki, oktyabrın 30-da Tulada və oktyabrın 31-də Voronejdə keçirilməli olan konsertlər baş tutmayacaq.

O, bunun səbəbini açıqlamasa da, alınan biletlərin pulunun geri qaytarılacağını bildirib.

Emin video yayımlayaraq iş qrafikinin dolu olduğunu, konsertlərin başqa bir tarixə keçiriləcəyini açıqlayıb. /Cebheinfo.az/


MANŞET XƏBƏRLƏRİ