Erməni qızı Türkiyədəki gözəllik yarışında 1-ci yeri tutub


Türkiyədə “Kainatın fotomodeli 2024” beynəlxalq müsabiqəsi keçirilib, yarışda 30 ölkədən 45 iştirakçı iştirak edib.

Turkustan.az Modern.az-a istinadən xəbər verir ki, erməni model Diana Lepejyan yarışda birinci yeri tutaraq “Kainatın fotomodeli” adını qazanıb.

Diana İrəvan Dövlət Universitetinin Roman-german filologiyası fakültəsini bitirib və iki xarici dildə - ingilis və rus dillərində danışır.

“Bu mənim ilk qələbəmdir: Türkiyədə - Egey sahilindəki tarixi Kuşadasında keçirilən beynəlxalq gözəllik yarışmasında iştirak etdim və əsas mükafatı - “Kainatın fotomodeli” adını qazandım”, - o özünün Instagram səhifəsində yazıb.


MANŞET XƏBƏRLƏRİ