Qadağan olunmuş 5 film - Onlar dünyada şok effekti yaradıb


Turkustan.az Lent.az-a istinadən dünyada qadağan olunmuş 5 film barədə məlumat verir.

“Şeytanın əkizi” filmi Səddam Hüseynin qəddar oğluna həsr olunub.Filmdə zorakılıq səhnələri çox olduğu üçün baxışı qadağan edilib.

“Müsahibə” filmi Şimali Koreya liderinə sui-qəsddən bəhs edir. Bu film beynəlxalq qalmaqala səbəb olub.

“44” bədii filmi tarixi faktları təhrif elədiyinə görə qadağan edilib.

Film II Dünya müharibəsi barədədir.

“Ehtiras imperiyası” yapon filmi açıq-saçıq səhnələri insanlarda şok yaratdığı üçün qadağan olunub.

“11 sentyabr” sənədli filmi isə baş verənlərin ABŞ tərəfindən təşkil olunmuş bir oyun olduğunu iddia etdiyinə görə, efir üzü görə bilməyib.


MANŞET XƏBƏRLƏRİ