Ordu zabiti ABŞ gözəli seçildi - FOTO


"Miss ABŞ-2024" titulunun qalibi seçilib.

Turkustan.az xəbər verir ki, gözəllik müsabiqəsinin qalibi 22 yaşlı "Miss Miçiqan" və ordu zabiti Alma Kuper olub. Tacı ona "Miss ABŞ-2023"ün qalibi olmuş Savanna Hankeviç təqdim edib.

CNN-in məlumatına görə, gözəllik yarışmasında 50 iştirakçı ən yaxşı adı uğrunda mübarizə aparıb. Alma Kuper istedad, üzgüçülük və gecə paltarı yarışmalarında rəqiblərini qabaqlayıb. O, Stanford Universitetini bitirib.

"Miqrant işçilərin qızı, qürurlu Afro-Latina və ABŞ ordusunun zabiti kimi mən Amerika arzusunu yaşayıram. Həyatımın və anamın mənə öyrətdiyi bir şey varsa, o da taleyinizi heç vaxt şərtlərin təyin etməməsidir: mükəmməlliyi tələb etməklə uğuru əldə edə bilərsiniz", deyə Alma Kuper qələbədən sonra ilk təəssüratlarını bölüşüb.

İndi o, Amerikanı "Miss Universe 2024" yarışmasında təmsil edəcək. Noyabr ayında Meksikada baş tutacaq. /qaynarinfo.az/

Ordu zabiti ABŞ gözəli seçildi (FOTO)

Ordu zabiti ABŞ gözəli seçildi (FOTO)

Ordu zabiti ABŞ gözəli seçildi (FOTO)

Ordu zabiti ABŞ gözəli seçildi (FOTO)

Ordu zabiti ABŞ gözəli seçildi (FOTO)


MANŞET XƏBƏRLƏRİ