İranlı müğənninin Azərbaycan mahnısını oxuması GÜNDƏM OLDU - VİDEO


İranın tanınmış müğənnisi Sara Mahmoud Pour Azərbaycanın xalq mahnısını ifa edib.

Turkustan.az Bizim.Media-ya istinadənxəbər verir ki, sənətçi qadın musiqiçilərlə bir araya gələrək musiqisi Tofiq Quliyevə, sözləri isə Zeynal Cabbarzadəyə məxsus “O dedi yox, yox” mahnısını səsləndirib.

Həmin ifasını sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşən Sara “Bizə bir “ürək” yazın” şərhini yazıb.

Müğənninin bu addımı isə həm İran, həm də azərbaycanlı izləyicilər tərəfindən böyük rəğbət və “bəyənmə” ilə qarşılanıb.


MANŞET XƏBƏRLƏRİ