Türkiyənin məşhur pop sənətçisi Gülşən nəzarətə götürülüb.
Gülşənin İmam Hatip liseyi şagirdləri ilə bağlı fikirlərinə görə İstanbul Baş Prokurorluğu tərəfindən istintaq başladılıb və barəsində saxlanılma qərarı verilib.
13:32
Son zamanlar səhnə performansı və açıqlamaları ilə gündəmdən düşməyən türkiyəli pop ulduz Gülşənə qarşı araşdırma başlayıb.
Gülşənin İmam Hatip liseyi şagirdləri ilə bağlı fikirlərinə görə İstanbul Baş Prokurorluğu tərəfindən istintaq başladılıb və Gülşən barəsində saxlanılma qərarı verilib.
Türkiyə Milli Təhsil Nazirliyi də məsələ ilə bağlı hüquqi prosedura başlayıb.
Nazirlikdən verilən açıqlamada bildirilib ki, Gülşənin təhqir və böhtanlar ehtiva edən sözlərini qınayırlar.
Gülşən "xalqı kin və düşmənçiliyə sövq etmək"də ittiham olunur. Onun polisin iştirakı ilə prokurorluğa gətirilməsinə qərar verilib.
Buna səbəb isə ifaçının gitara ifaçısına dediyi sözlər olub. Onun səhnədə: "Daha əvvəl İmam Hatipdə təhsil almışdı, əxlaqsızlığı bundandır", - dediyi görüntülər müzakirələrə səbəb olub və İmam Hatip liseyinin şagirdlərinə təhqir kimi qəbul edilib.
(oxu.az)