Volkan Konakın vəsiyyəti gündəm oldu: Torpağa basdırmayın


Qara dəniz musiqisinin önəmli simalarından olan Volkan Konakın 2020-ci ildə konsert zamanı açıqladığı vəsiyyəti sosial mediada gündəm olub.

Turkustan.az xəbər verir ki, bu barədə “Hüriyyət” qəzeti məlumat yayıb.

Nəşrin xəbərinə görə, məşhur sənətçi illər əvvəl verdiyi açıqlamada öldükdən sonra dəfn olunmaq deyil, yandırılmaq istədiyini bildirib

“Sizə, məni sevənlərə vəsiyyətimdir, nə olar, mən öləndə məni torpağa basdırmasınlar. Bütün bədənimi yandırsınlar. Və külümü bir qutuya qoyub Qara dənizimin üzərinə, xüsusilə də Trabzonumun üzərinə bir helikopterlə səpsinlər”./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ