Məşhur müğənni Özcan Denizlə qardaşı arasındakı gərginlik daha şiddətlənib.
Türkiyə mətbuatı xəbər verir ki, bir müddət əvvəl qardaşı Özcanla iş birliyinin sonlandıram Ercan ona təhdid dolu mesajlar yazıb.
Özcan Denizin Prokurorluğa təqdim ediyi səs yazıları və mesajlarda Ercanın Özcana vaxt qoyduğu və ölümlə hədələdiyi ortaya çıxıb.
Qardaşı Özcan Denizə "Səni vuracağam. Hamının gözü önündə səni vuracağam. Bir həftə vaxtın var" - deyə bildirib. /yenisabah.az