Qanunsuz mərc etmək və insanları həvəsləndirmək ittihamı ilə hakim qarşısına çıxarılan Serdar Ortaçın məhkəməsində rəy açıqlanıb.
Turkustan.az xəbər verir ki, prokurorluq Ortaçın 3 ilə qədər azadlıqdan məhrum edilməsini istəyib.
İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində prokurorluğun ifadəsindən sonra həbs tələbi ilə məhkəməyə sövq edilən Serdar Ortaç və Mehmet Əli Ərbilə ev dustaqlığı şəklində məhkəmə nəzarəti qərarı verilib.
Sərdar Ortaçın təqsirləndirilən şəxs qismində mühakimə olunduğu prosesdə Məhmət Əli Ərbilin şahid olduğu öyrənilib. Səhər saatlarında Çağlayandakı İstanbul Ədalət Sarayına gələn Məhmət Ali Ərbil jurnalistlərə qısa açıqlama verərək, "Sərdar bu məsələdə daha şanslıdır. Onun işi daha əvvəl görüləcək. Bu, bizim üçün proqnoz olacaq. Ümid edirəm, hər şey yaxşı olar"-deyə, bildirib.
Aytən Yaşar/ Turkustan.az