Məşhur türkiyəli müğənni xəstəxanaya yerləşdirildi


Türkiyənin məşhur sənətçisi bu gün xəstəxanaya yerləşdirilib.

Turkustan.az xəbər verir ki, sənətçi Haluk Ləvənt döş qəfəsindəki ağrılar səbəbilə bu səhər xəstəxanada müşahidə altında saxlanılıb.Onun həkimi professor Dr. Mehmet Vefik Yazıcıoğlunun etdiyi şərhə görə; 56 yaşlı Haluk Levent sağlamlıq vəziyyəti sabah səhər angioqrafiyadan sonra müəyyənləşəcək.

Bildirək ki, Haluk Levent iyul ayında Antalya Açıq Səhnədə verdiyi konsertdən sonra döş qəfəsində ağrı və təngnəfəslik səbəbiylə xəstəxanaya aparılıb və müayinələrdən sonra ertəsi gün evə buraxılmışdı.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ