MİT-in illərdir istifadə etdiyi gizli cihazlar dərc edildi – FOTOLAR


Türkiyə MİT-in, keçmiş illərdə kəşfiyyat xidmətlərinin istifadə etdiyi bir çox obyekti, o cümlədən müxtəlif dinləmə cihazları və gizli kameraları və onların harada yerləşdirildiyini paylaşıb.

Turkustan.az xəbər verir ki, MİT-in və müxtəlif kəşfiyyat xidmətlərinin 1965-ci ildən 2000-ci illərin əvvəllərinə qədər istifadə etdiyi cihaz və əşyalar agentliyin rəsmi internet saytındakı “Şəxsi Kolleksiya” bölməsində ziyarətçilərin istifadəsinə verilib. Kəşfiyyat agentlərinin məxfi müşahidə və casusluq fəaliyyətlərində istifadə etdikləri dinləmə cihazlarını ehtiva edən əşyalar diqqət çəkib.

Kərpicdə gizlədilmiş dinləmə cihazı, gizli kameralı robot qalstuk, ayaqqabının dabanına yerləşdirilmiş gizli səs yazıcısı, Türkiyənin Avropadakı səfirliyinin binasında tapılan dinləmə cihazı paylaşılan fotolar arasında olub.

1965-ci ildə Türkiyənin Avropadakı səfirlik binasında MİT əməkdaşları tərəfindən ələ keçirilən domofonla bağlı paylaşılan məlumatda, domofondan digər ölkənin kəşfiyyat casusu tərəfindən səfirin otağında gizli dinləmə üçün istifadə edildiyi bildirilib. Bildirilib ki, kərpicə bərkidilmiş dinləmə cihazı 1976-cı ildə Türkiyənin Avropadakı səfirliyinin binasında da tapılıb.

Kəşfiyyat tarixi boyunca istifadə edilən üsullardan biri kimi tanınan 'film çəkilmiş sənəd görüntülərini gizlətmə üsulu'nun 1970-ci illərdə MİT tərəfindən gizli ünsiyyətlərdə istifadə edildiyi bildirilib.

Kartda sözügedən şifrəli mətnlərin böyüdücü şüşənin köməyi ilə oxuna biləcək qədər kiçik bir şəkildə fotoşəkillərə quraşdırıldığı və parolun ancaq kimyəvi məhlul istifadə edildiyi zaman göründüyü bildirilib.

Paylaşılan digər məlumata görə; 1965-1980-ci illər arasında 1,5 santimetr diametrli kamera sayəsində broş kimi görünən və əməliyyatlar zamanı görüntü verən robot qalstuklardan istifadə edilib.

1967-1989-cu illər arasında ayaqqabının dabanına gizlənmiş dinləmə cihazları dövrün ən çox istifadə edilən, lakin riskli üsullarından biri oldu. Siqaret paketlərinə yerləşdirilən radio ötürücülər 2000-ci illərin əvvəllərindən müxtəlif əməliyyatlarda istifadə olunur. Bu üsul bir çox əməliyyatlarda uğurlu nəticələr vermişdir.

MİT'in yıllarca kullandığı gizli cihazlar yayınlandı - Resim: 2

MİT'in yıllarca kullandığı gizli cihazlar yayınlandı - Resim: 3

MİT'in yıllarca kullandığı gizli cihazlar yayınlandı - Resim: 4

MİT'in yıllarca kullandığı gizli cihazlar yayınlandı - Resim: 5

MİT'in yıllarca kullandığı gizli cihazlar yayınlandı - Resim: 6MİT'in yıllarca kullandığı gizli cihazlar yayınlandı - Resim: 7

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ