Z nəslinin əsgərlərinin tələbi: Yaxşı Wi-Fi, şəxsi vanna otağı...


Britaniya ordusunun yeni hesabatına görə, Z nəslinin əsgərləri daha yaxşı Wi-Fi, şəxsi vanna otağı, ikiqat çarpayı və öz yeməklərini hazırlaya biləcəkləri uyğun mətbəx tələb edir.

Turkustan.az xəbər verir ki, Böyük Britaniyanın Müdafiə Nazirliyi əsgərlərin istəkləri ilə bağlı yeni sorğu keçirib. Anket əsasında hazırlanan hesabatda 27 yaşdan aşağı olan Z nəslindən olan gənc, subay əsgərlərin orduda xidmət edərkən almağı gözlədikləri 19 ehtiyac sıralanır. Bu istəklər arasında daha yaxşı Wi-Fi bağlantısı və şəxsi vanna otağı ilk iki istək idi. Məlum olduğu kimi, Wi-Fi fərdi kompüterlər, video oyun konsolları, rəqəmsal audiopleyerlər və smartfonlar kimi cihazların bir-birinə simsiz qoşulmasını təmin edən texnologiyadır.

Z nəslindən olan əsgərlərin ilk istəyinin daha yaxşı Wi-Fi olması onların həqiqətən bu texnologiya əsrinin gəncləri olduğunu göstərdi. İlk dörd tələbə daha yaxşı Wi-Fi və şəxsi vanna otağı, ardınca iki nəfərlik çarpayı və öz yeməklərini hazırlaya biləcəkləri mətbəx daxildir. Daily Mail xəbərində yeni kazarmada əsgərlərin ümumiyyətlə öz otaqlarının olduğu, ən müasirlərinin isə şəxsi hamamının olduğu bildirilib. Bununla belə, 6 əsgərin köhnə bazalarda bir otaq, duş və tualet paylaşdığı qeyd edilib.

İngiltərə ordusunun yerləşdirmə bölməsinin hazırladığı hesabatda gənc əsgərlərin yüzdə 40-nın şərtləri bəyənmədikləri üçün alternativ karyera axtarışında olduğu bildirilib. Sorğunun nəticələrinə görə, ötən il 15710 əsgər ordunu tərk edib və onlardan 6000-dən çoxunun yemək və yaşayışla bağlı şikayəti olub. Böyük Britaniya Müdafiə Nazirliyinin məlumatına görə, əsgərlərin üçdə biri yaşayış üçün çox pul ödədiklərini düşünür. Bundan əlavə, son 2 ildə 20 mindən çox hərbçi yaşayış yeri ilə bağlı şikayət edib. Başqa bir hesabatda əsgərlərin rütubət, kif, zərərvericilərlə mübarizə apardıqları, yaşayış yerlərində qaz və elektrik kəsildiyi qeyd edilib.

Britaniya ordusunda keçmiş kəşfiyyat zabiti, polkovnik Fil İnqram Daily Mail-ə deyib: “Hərbi qurğularda çoxlu yer paylaşımı var, istilik sistemi tez-tez işləmir, damlar sızır. Tez-tez zərərvericilərlə bağlı problemlər var. Ən pisi odur ki, məxfilik yoxdur. "Bir çox əsgərin ordudan getmə səbəbi kimi mənzili göstərməsinə təəccüblənmirəm, çünki mənzil şəraiti ümumiyyətlə dəhşətlidir." Digər tərəfdən, İngiltərə Müdafiə Nazirliyinin sözçüsü, "xidmət şəraitinin ağır vəziyyəti ilə mübarizədə qərarlı olduqlarını və şəxsi heyətin və ailələrinin xidmət müddətini yaxşılaşdırmaq üçün güclü hərəkət edəcək bir ordu komissarı təyin edəcəklərini" söyləyib.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ