Bolqar gürücü Vanqa (tam adı Vanqeliya Pandeva Quşterova) və fransız astroloqu Nostradamus müxtəlif dövrlərdə yaşamalarına baxmayaraq, 2025-ci ildə Avropada müharibə olacağını “eyni dərəcədə dəqiqliklə” proqnozlaşdırmışdılar.
Turkustan.az xəbər verir ki, bu təfərrüatları Britaniyanın “Daily Mail” nəşri açıqlayıb.
Xüsusilə, Nostradamus Avropada genişmiqyaslı müharibənin olacağını proqnozlaşdıraraq "qədim vəbanın düşmənlərdən daha pis olacağını" qeyd edib. Öz növbəsində Vanqa münaqişə nəticəsində qitənin dağılacağını proqnozlaşdırıb.
Bundan əvvəl Amerikanın “New York Post” (NYP) qəzeti Vanqanın 2025-ci ildə dünyanın sonu ilə bağlı proqnozlarını dərc etmişdi.
“Vanqanın məlum olan son dəhşətli proqnozu onun dünyanın sonunun 2025-ci ildə gələcəyi ilə bağlı açıqlamasıdır. Bəşəriyyət 5079-cu ilə qədər mövcud olacaq, lakin Vanqaya görə, apokalipsis 2025-ci ildə başlayacaq”, - deyə materialda deyilir. /Cebheinfo.az/