Ana arıların qəribə davranışı alimləri qorxuya saldı


Məlum olub ki, arı ana arıları xüsusilə pestisidlərlə zəngin torpaqlarda qış yuxusuna getməyə üstünlük verirlər. Elm adamları bu "qorxulu" davranışın arxasında nəyin dayandığını hələ dəqiq bilmirlər.

Turkustan.az xəbər verir ki, təxminən 250 növü olan arıların kraliçaları yazda koloniya yaratmağa başlayır və yay boyu bu koloniyanı genişləndirirlər. Koloniyadakı arılar payızda öldükdən sonra yeni ana arılar adətən yerin altında qışlayır və yazın gəlməsini gözləyirlər.

Qış yuxusu prosesi haqqında daha çox öyrənmək istəyən tədqiqatçılar Bombus impatiens növünün arıları ilə araşdırma aparıblar. Bu araşdırmada ana arılar açıq sahəyə buraxılıb və cütləşdikdən sonra harada qış yuxusuna yatacaqlarını seçmək imkanı verilib.

Tərkibində müxtəlif səviyyələrdə 5 müxtəlif insektisid və funqisid (fuqisid) olan və heç bir kimyəvi maddə olmayan torpaqlar arılara təqdim edilib. Arıların çox çirklənmiş torpağa üstünlük verməsi alimləri təəccübləndirdi. “Science of the Total Environment” jurnalında dərc edilən araşdırmaya görə, onlar pestisidlər və ya funqisidlər olan torpaqları seçmək ehtimalı iki dəfə çox olub.

Kanadanın Ottava Universitetindən. Sabrina Rondeau araşdırma nəticələrinin olduqca təəccüblü olduğunu ifadə edərək, "Bu nəticəni gözləmirdik" dedi. Dr. Rondeau, kraliçaların niyə çirklənmiş torpağa üstünlük verdikləri barədə hələ dəqiq məlumatlara sahib olmadıqlarını, lakin bunun mümkün bir üstünlük olduğunu vurğulayır.

Tədqiqatçıların fikrincə, funqisidlər torpaqdakı göbələkləri öldürərək onu arılar üçün daha cəlbedici edir. Nəzərdə tutulan başqa bir fərziyyə, ana arıların daha əvvəl məruz qaldıqları kimyəvi maddələrə alışmış ola biləcəyidir. Ancaq bu kimyəvi maddələrin ana arılara təsiri hələ tam olaraq bilinmir.

Kaliforniya Universitetində arıları araşdıran bioloq S. Hollis Vudard bu araşdırmanın nəticələrinin qorxulu olduğunu bildirir. Woodard, arıların ciddi risklərlə üzləşə biləcəyini söyləsə də, araşdırma pestisidlərin istifadəsində bu tapıntıların nəzərə alınması lazım olduğunu vurğulayır.

Dr. Rondeau həmçinin qeyd edir ki, istifadə edilən pestisidlərin növləri, tətbiq üsulları və bitki örtüyünün idarə olunması kimi kənd təsərrüfatı təcrübələrinin ana arıların qış yuxusuna girmə ehtimalı olan torpaqlarda pestisid qalıqlarının yığılmasına necə təsir etdiyini öyrənmək böyük əhəmiyyət kəsb edir.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ