Protez əllərə daha dəqiq nəzarət etməyə imkan verəcək təlim protokolu hazırlandı


Alman Primat Mərkəzinin (Leibniz Primat Tədqiqat İnstitutu) nevroloqları beyin-kompüter interfeysləri (BCI) ilə protez əllərə daha dəqiq nəzarət etməyə imkan verəcək yeni təlim protokolu hazırlayıblar.

Turkustan.az xəbər verir ki, Tədqiqat Macaca mulatta rhesus meymunları üzərində aparılıb və bu yeni üsul protez əllərin beyin siqnallarından və sadəcə düşüncə gücündən istifadə edərək daha dəqiq hərəkət etdirilməsini təmin edib.

Tədqiqatçılar bu təcrübədə beyindəki əllərin mövqelərini idarə edən siqnalların əl hərəkətlərinin sürətini idarə edən siqnallardan daha əhəmiyyətli olduğunu kəşf etdilər.

Bu ixtira iflic olan xəstələr üçün hazırlanmış neyroprotezlərin incə motor bacarıqlarının təkmilləşdirilməsi istiqamətində mühüm addım hesab olunur.

Tədqiqat çərçivəsində rhesus meymunlarına virtual reallıq mühitində əllərindən istifadə edərək "avatar" əli idarə etmək öyrədilib.

Daha sonra meymunlar əllərindən fiziki istifadə etmədən, sadəcə beyin siqnalları ilə virtual əli hərəkət etdirə bildilər.

Beyin-kompüter interfeysi ilə ölçülən neyron fəaliyyətləri protez əlin incə motor bacarıqlarını təkmilləşdirmək üçün tədqiqatçılar tərəfindən optimallaşdırılıb.

Bu araşdırma beyin siqnallarının daha dəqiq analizi və neyroprotezlərin gündəlik həyatda daha effektiv istifadəsi baxımından böyük əhəmiyyət kəsb edir.

Bu araşdırmanın nəticələri ALS kimi əzələ hərəkətlərinə təsir edən xəstəliklərdən əziyyət çəkən xəstələrin həyatını asanlaşdıra biləcək texnoloji inkişaflara yol aça bilər.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ