Marsda insan üzünə bənzəyən qayanın qorxulu kəşfi


NASA-nın "Perseverance" roverinin Marsda çəkdiyi görüntü insan üzünə bənzəyən qaya əmələ gəlməsini aşkar edib.

Turkustan.az xəbər verir ki, 27 sentyabr 2024-cü ildə çəkilmiş bu görüntü, qayaların formalarının zamanla nə qədər yanıltıcı ola biləcəyini bir daha ortaya qoyub.

Marsın səthindəki bu qaya insan başına bənzəsə də, əslində adi bir qayadır.

Bu optik illüziya "pareidoliya" kimi tanınan bir fenomenə əsaslanır. Bu fenomen insan beyninin tanış formaları və naxışları qavramaq meylinə aiddir.

Marsda belə maraqlı formalar əvvəllər də görülüb; Daha əvvəl də ayı üzü, döyüşçü fiquru, qaşıq və hətta həşərat kimi təsvirlər qeydə alınıb.

Alimlər belə təsvirlərin təsadüfi forma və kölgələrin birləşməsindən yarandığını bildirirlər.

Bununla belə, insan gözünün bu cür oxşarlıqları tez fərq edə bilməsi Marsın kəşfiyyatının həmişə maraqlı olmasını təmin edir.

Hələ Marsda mürəkkəb həyat formalarının izlərinə rast gəlinməsə də, bu cür sirlər bəlkə də gələcəkdə insanlı Mars missiyaları ilə həll olunacaq.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ