“Telegram”da yeni “Telegram Gateway” funksiyası fəaliyyətə başlayıb.
Turkustan.az xəbər verir ki, bu barədə “Telegram”ın həmtəsisçisi Pavel Durov öz bloqunda yazıb.
“Bizneslər indi birbaşa “Telegram” vasitəsilə istifadəçilərinə doğrulama kodlarını göndərməklə milyonlarla qənaət edə bilərlər. Bu üsul ənənəvi SMS yoxlamasından qat-qat ucuz, daha sürətli və daha təhlükəsizdir. Biz buna “Telegram Gateway” deyirik", - Durov bildirib.
Durov qeyd edib ki, “Telegram” qeydiyyatdan keçən və xidmətə daxil olan bütün istifadəçilərin autentifikasiyasına hər ay təxminən 10 milyon dollar xərcləyir:
“Biz bu sərmayələri etmişik ki, başqaları belə ödənişlər etməsin. Biz artıq bir milyarda yaxın insanın telefon nömrəsini təsdiqlədiyimiz üçün, digər şirkətlər yüksək
doğrulama xərclərindən qaça bilərlər. Və əgər onların yoxlamaq istədikləri telefon nömrəsi “Telegram” hesab ilə əlaqəli deyilsə, biz heç bir ödəniş tələb etməyəcəyik”. /yeniavaz.com/