Bu planetlərdə yaşamaq imkanı var? - ARAŞDIRMA


Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi NASA həyat potensialı olan planetlərin böyük təhlükə altında olduğunu açıqlayıb.

Turkustan.az xəbər verir ki, kainatda ən çox yayılmış ulduz növü olan M tipli ulduzlar olduqca sönük olması ilə tanınır.

Onların çəkisi Günəşin 10-dan 20 faizinə qədərdir. Alimlər hesab edirdilər ki, bu ulduzların səth temperaturu nisbətən aşağı olduğundan bu ulduzların ətrafındakı planetlərdə həyatın mövcud olması ehtimalı var.

Ancaq son araşdırmalar bu fərziyyəni şübhə altına almağa başlayıb. "Royal Astronomical Society" jurnalında dərc olunan araşdırmaya görə, ulduzların ətrafındakı planetlərin həyat üçün uyğun şərtlərə malik olma ehtimalı düşünüləndən çox aşağı ola bilər.

Tədqiqatçılar 2013-cü ildə missiyası dayandırılmış NASA-nın "GALEX" kosmik teleskopunun 10 il ərzində topladığı məlumatları araşdırıb. "GALEX" yaxın və uzaq ultrabənövşəyi dalğa uzunluqlarında səmanı skan edərək hərtərəfli müşahidələr aparmışdı.

Təxminən 300 min ulduzun müşahidələri təhlil edilib və diqqət sözügedən ulduzlardakı partlayışlara yönəldilib. Kompüter modellərindən istifadə etməklə aparılan təhlillər nəticəsində məlum olub ki, bu ulduzlar əvvəllər düşünüldüyündən daha çox uzaq ultrabənövşəyi (uzaq-UV) şüalanma səviyyəsində partlaya bilir.

Bildirilib ki, bu partlayışlar ulduzların ətrafındakı planetlərdə yaşamaq potensialını ciddi şəkildə azaldır. Partlayışlar zamanı yayılan ultrabənövşəyi şüalar planetlərdəki canlıların əmələ gəlməsinin qarşısını alır. Tədqiqatlara görə, bu uzaq ultrabənövşəyi partlayışlar düşünüləndən üç dəfə daha güclü ola bilər. /cebheinfo.az/


MANŞET XƏBƏRLƏRİ