Uzun müddətdir davam edən "Simpsonlar" cizgi filmi gələcək hadisələri proqnozlaşdırması ilə tanınır. Dünyada baş verən müharibələr, təbii fəlakətlər, xəstəliklər, hətta ölkələri kimlərin idarə edəcəyi də filmdə yer alıb.
Turkustan.az xəbər verir ki, 36-cı mövsümündə olan "Simpsonlar" 1989-cu ildə yayıma başlayıb.
Matt Groening tərəfindən çəkilən cizgi film-serial eyniadlı ailədən və onların Amerika qəsəbəsindəki gündəlik həyatından bəhs edir.
Lakin icraçı prodüser və şoumen Matt Selman israr edir ki, ehtimal olunan hekayələri tapmağın sirri göründüyü qədər təəccüblü deyil:
“Əgər çoxlu hekayətlər danışsanız, bəziləri reallıqla uyğunlaşacaq, bu, riyaziyyatın bir hissəsidir. Bəşəriyyətin keçmişdə yaşadıqlarını araşdıraraq serial çəksəniz, bəşəriyyətin gələcəkdə üzləşəcəklərini təxmin edərsiniz. Mənim həmişə verdiyim cavab budur: əgər siz tarixi və riyaziyyatı yaxşı bilsəniz, müəyyən şeyləri təxmin etməyiniz mümkünsüz olmayacaq”./teleqraf.com