Bir qrup insan 13 yaşlı oğlanın “Allah” olduğuna inanır. Camaat ona böyük hörmət göstərir, uşağın ayaqlarını masaj edir, müxtəlif hədiyyələr gətirir. Bu qeyri-adi vəziyyət uşağın və ailəsinin həyatını tamamilə dəyişir.
Turkustan.az xəbər verir ki, Hindistanda bir qrup insan 13 yaşlı uşağa sitayiş edir. Onun 13 il əvvəl vəfat etmiş bir "Tanrının" reenkarnasiyası olduğuna inanırlar, deyə o yazıb.
Kadrlarda bir uşağın ətrafına toplaşan izdihamın ona heyranlıqla baxdığı görünürdü. Uşağın konfet paketini belə aça bilməməsi sosial şəbəkə istifadəçilərinin diqqətindən yayınmayıb. Görüntülərə şərh yazan digər istifadəçilər vəziyyəti ələ salarkən, bir istifadəçi “Allah konfet paketini açmağa çətinlik çəkir” deyib.
Eltac Zükfüqaroğlu/Turkustan.az