“Meta”nın “WhatsApp” messencerinin tərtibatçıları naməlum kontaktlardan gələn çoxlu sayda mesajları avtomatik bloklayan yeni funksiya tətbiq edib.
Turkustan.az xəbər verir ki, bu barədə “WABetaInfo” portalı məlumat yayıb.
Bildirilib ki, yeniliyin əsas məqsədi spamlarla mübarizə aparmaqdır.
Bu funksiyanı beta versiyasında tapmaq üçün siz “Parametrlər”i açmalı, “Məxfilik” bölməsinə keçməli, sonra “Əlavə” menyusunu seçməli və “Naməlum hesablardan gələn mesajları blokla” seçimini aktivləşdirməlisiniz.
Qeyd edək ki, sistem müəyyən limiti aşan mesajları bloklayacaq. Bu isə istifadəçilərə kontaktlarını hələ öz cihazlarında saxlamadıqları abunəçilərdən faydalı mesajlar almağa imkan verəcək.
Bildirilir ki, yenilik nəticəsində spam mesajların sayı əhəmiyyətli dərəcədə azalacaq, ancaq bununla yanaşı faydalı mesajların azalması da istisna olmayacaq. /yeniavaz.com/