Bəşəriyyət Yerin mövcudluğu üçün vacib olan yeddinci planetar sərhədi pozmağa yaxındır, bəlkə də artıq onu pozub.
Turkustan.az xəbər verir ki, bu barədə Potsdam İqlimə Təsir Araşdırmaları İnstitutunun (PIK) hesabatında deyilir.
Ümumilikdə, elm adamları 2009-cu ildən bəri doqquz planetar prosesi müəyyən ediblər, onlardan altısı - iqlim dəyişikliyi, biogeokimyada dəyişikliklər, biomüxtəlifliyin itirilməsi, torpaqdan istifadə, şirin su ehtiyatları və invaziv elementlər artıq təhlükəsizliklə bağlı qırmızı sərhədləri keçib.
Yer üzündə həyatı təhdid edən ən son proses - okeanların turşulaşması xüsusilə yüksək enliklərdə kritik həddə yaxınlaşır.
Okean insan fəaliyyəti nəticəsində getdikcə daha çox ayrılan karbon qazının udulması səbəbindən turşulaşır.
“Hər bir planetar prosesin hüdudlarının aşılması Yerdə həyat üçün yararlılığın pozulması ilə müşahidə olunur”, - hesabatda qeyd olunub. /Cebheinfo.az/