Araşdırma: Kişilərin beyni hər axşam saat 8-dən sonra kiçilir


Alimlər kişilərin beyninin hər axşam saat 8-də kiçildiyini və gecələr normal vəziyyətə gəldiyini açıqlayıb. Tədqiqatçılar bu böyümə və büzülmə dövrünün hormonların gündəlik dəyişmə dövrü ilə üst-üstə düşdüyünü bildirdilər.

Turkustan.az xəbər verir ki, Gün ərzində hormon səviyyələrindəki eniş və enişlərə görə kişilərin beyinlərinin kiçilməsi və həcminin azaldığı aşkarlanıb.

26 yaşlı bir kişinin beynini 30 gün ərzində 40 dəfə skan edən araşdırma qrupu, kişilərin beyninin axşam saat 8-də kiçilməsini və gecələr normal vəziyyətə gəldiyini aşkar edib.

Santa Barbara Kaliforniya Universitetinin tədqiqatçıları izah etdilər ki, bu böyümə və büzülmə dövrü testosteron, kortizol və estradiol kimi steroid hormonların səviyyəsinin yüksəlməsi və azalması ilə üst-üstə düşür.

Araşdırmanın həmmüəllifi Laura Pritschet, "Kişilər səhər və axşam arasında steroid hormonlarında 70 faiz azalma görürlər" dedi.

“The Journal of Neuroscience” jurnalında dərc edilən araşdırma göstərib ki, beynin ümumi həcmi gündən-günə azalır və beynin ən xarici təbəqəsi olan korteksin qalınlığı da azalır.

Alimlər müəyyən ediblər ki, zehni funksiyalar, yaddaş, emosiyalar və hərəkətlərdə mühüm rol oynayan boz maddənin həcmi hər gecə orta hesabla 0,6 faiz azalır. Beyincik, beyin sapı və hipokampusun hissələri kimi beynin daha dərin strukturları da gün ərzində dəyişikliklərə məruz qalıb. Beynin bu hissələri hərəkətləri koordinasiya etmək, beyin və bədən arasında məlumat ötürmək və xatirələri saxlamaq kimi funksiyaları yerinə yetirir.

Digər tərəfdən araşdırmanın yalnız bir nəfər üzərində aparıldığı, ona görə də daha geniş əhali kütləsinə tətbiq edilə bilməyəcəyi də bildirilib.

Eltac Züflüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ