Qeyri-adi hadisə: Dünyanın dəvətsiz qonağı bu tarixdə gələcək


Yaxın günlərdə dünya qeyri-adi hadisə ilə üzləşəcək. “PT 5” adlı asteroid Yerin orbitinə daxil olacaq və "Kiçik Ay" olaraq qalacaq.

Turkustan.az xəbər verir ki, təxminən bir avtobus uzunluğunda olan asteroidin planetimizin ətrafında təxminən iki ay qalacağı gözlənilir.

Sentyabrın 29-dan noyabrın 25-dək Yer orbitində qalacaq, daha sonra Günəşin orbitinə qayıdaraq səyahətinə davam edəcək.

Asteroid avqustun 7-də NASA tərəfindən maliyyələşdirilən "Atlas" sistemi tərəfindən kəşf edilib.

Alimlər əlavə ediblər ki, onlar "Kiçik Ay" asteroidinin yenidən 2055-ci ildə Yer orbitinə qayıdacağına inanırlar. (publika.az)


MANŞET XƏBƏRLƏRİ