Həkimə gedən ailə həyatlarının şokunu yaşadı: 1 yaşlı körpənin başından əkizi çıxarıldı – FOTO


Çinin Şanxay şəhərində çox nadir hadisə baş verib. Ailəsi 1 yaşlı körpəni motorikasında problem olduğu üçün xəstəxanaya aparanda şoka düşüb. Körpənin beynindən onun doğmamış əkiz olduğu müəyyən edilib. Müayinələr nəticəsində körpələrin ana bətnində əkiz olduğu, digər dölün isə kifayət qədər inkişaf etmədiyi və beyində ilişib qaldığı məlum olub.

Turkustan.az xəbər verir ki, ötən il Çinin Şanxay şəhərində baş verən hadisə sosial mediada yenidən trend mövzusuna çevrilib. 1 yaşlı körpənin beynindən doğulmamış əkiz çıxarılıb. Amerika Nevrologiya Akademiyasının "Neurology" jurnalında dərc olunan məqaləyə görə, körpənin motorikasında problem olduğu üçün xəstəxanaya gətirilib və daha sonra kəllə sümüyünün geniş olduğu müşahidə edilib.

Görüntüləmə üsullarından istifadə edilən ətraflı müayinələrdə körpənin beyninin sıxıldığı və maye yığılmasının meydana gəldiyi təyin olundu. Daha sonra aparılan araşdırmalar nəticəsində məlum olub ki, körpələr ana bətnində əkiz olublar, lakin digər döl kifayət qədər inkişaf etməyib və beyində ilişib qalıb. Bildirilib ki, dölün sümükləri, yuxarı ətrafları və dırnaqları inkişaf edib.

Təxminən 10 santimetr uzunluğunda olan döl uğurlu əməliyyatla çıxarıldı və bu hal tibbi ədəbiyyatda qeydə alınan 18 oxşar hadisədən biri kimi qeydə alınıb. Bundan əvvəl 2015-ci ildə Çində kişi körpənin xayasında doğulmamış əkiz tapılmışdı və 1982-ci ildə Londonda analoji hadisə baş vermişdi.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ