Musa peyğəmbərin sandığı axtarılır: "Tabutu-Səkinə”də Allahın hansı ƏMRləri var?


Bu gün - sentyabrın 17-də pravoslav xristianlar Allahı görən Musa peyğəmbərin anım gününü qeyd edirlər. Bütün tarixdə dünyanın sirlərindən biri də onunla bağlıdır - "Əhd sandığı"nın yerləşdiyi yer. Allahın 10 əmrinin (On əmr, yəni "Şəhadət lövhələri", "əhd sandığı"nda saxlanılırdı) olduğu qutu Yerusəlim məbədində saxlanılsa da, sonra yoxa çıxıb. İndi alimlər onu axtarırlar.

Turkustan.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Deyilənə görə, kahinlər "Əhd sandığı"nı düşmənlərdən qorumaq üçün onu gəmi yolu ilə Sion dağının altındakı yeraltı tunellərdə gizlədiblər. Başqa bir versiyaya görə, gəmi bu yaxınlarda Şemeş şəhərində aşkar edilmiş ziyarətgahın xarabalıqları ilə əlaqələndirilə bilər.

Alimlər onu da ehtimal edirlər ki, "Əhd sandığı" hazırda Afrikada, daha doğrusu eramızdan əvvəl 5-ci əsrdə yəhudiliyin geniş yayıldığı Efiopiyada ola bilər.

Sandıq haqda qısa məlumat: "Əhd sandığı"nın başqa bir adı “Tabutu-Səkinə”dir. Bu barədə Müqəddəs Kitabımız Qurani-Kərimdə də ayə var. Bu günə qədər "Əhd Sandığı" barədə saysız araşdırmalar aparılıb, müxtəlif məqalələr yazılıb, bir çox iddialar, versiyalar irəli sürülüb. Sandığın uzunluğu 2,5 qulac (hər iki qolla ölçülən uzunluq vahidi), eni 1,5 qulac, hündürlüyü 1,5 qulac idi. Sandıq akasiya ağacından düzəldilmişdi. Ona həm içəridən, həm də çöldən xalis qızıl çəkilmişdi. Kənarlarına qızıldan naxışlı haşiyə vurulmuşdu. Sandığın qapağı xalis qızıldan idi. Qapağın hər iki qırağında döymə qızıldan kərrub düzəldilib qoyulmuşdu. Kərrubların qanadları yuxarıya tərəf açılıb, qapağın üstünü örtürdü. Onlar qarşı-qarşıya qoyulmuşdu, üzləri isə qapağa baxırdı. Qızıldan dörd ədəd tökmə halqa düzəldib, sandığın dörd ayağının üstünə bərkidilmişdi. Akasiya ağacından şüvüllər düzəldilib üstü qızılla örtülmüşdü. Sandığı daşımaq üçün şüvüllər sandığın yan tərəflərindəki halqalardan keçirilmişdi.

Sandığın yeri barədə çox müxtəlif iddialar, rəvayətlər dolaşır, amma bilinən bir gerçək var ki, "Əhd Sandığı" bu gün də axtarılır və hələ tapılmayıb.(publika.az)


MANŞET XƏBƏRLƏRİ