Gülüşün infarkt riskini azaltdığını göstərən elmi araşdırmalar siyasətçiləri hərəkətə keçirib.
Turkustan.az xəbər verir ki, Yaponiyadakı siyasətçilər infarktla mübarizə üçün fərqli bir yol tutmağa qərar verdilər.
Ölkənin şimalında yerləşən Yamaqatada millət vəkilləri bölgə alimlərinin apardıqları araşdırma nəticəsində gündə bir dəfə məcburi gülmək qərarına gəliblər.
Qanunverici orqanda çoxluğa sahib olan mühafizəkar Liberal Demokrat Partiyasının təklif etdiyi qanun Yamaqata vətəndaşlarının "gülüşün sağlamlığa faydalı təsirləri haqqında anlayışlarını dərinləşdirmələrini və gündə bir dəfə gülmək kimi vasitələrlə zehni və fiziki sağlamlığı formalaşdırmağa çalışmalarını tələb edir."
Bundan əlavə, müəssisələrə "gülüşlə dolu bir iş mühiti yaratmaq" əmri verildi, hər ayın səkkizinci günü xüsusi səylə təşviq ediləcək "gülüş günü" olaraq təyin edilib.
Lakin bu fərman parlamentin müxalifət qanadında olanları qəzəbləndirdi və konstitusiya müdafiəsi ilə bağlı müzakirələrə səbəb oldu. Yaponiya Kommunist Partiyasının şura üzvü Toru Seki deyib: "Gülmək və ya gülməmək, fikir və inanc azadlığı ilə yanaşı, konstitusiya ilə təbii azadlıq kimi təmin edilən əsas insan hüquqlarından biridir".
Müxalifət koalisiyası adından açıqlama verən siyasətçi Satoru İşiquro, "Səhhətində problem üzündən gülməkdə çətinlik çəkənlərin insan haqları göz ardı edilməməlidir" dedi.
Yamaqata Tibb Məktəbinin alimləri 5 il əvvəl araşdırma apararaq gülüşün ürək-damar xəstəlikləri riskini azaltdığını aşkar ediblər. 17 152 nəfərin məlumatlarını araşdıran araşdırma Journal of Epidemiology jurnalında dərc olunub.
Digər tərəfdən, Yamaqata gülüşlə bağlı hərəkətə keçən yeganə Yaponiya bölgəsi deyil... Hokkaydo 8 avqustu gülüş günü seçib. Bu gün 8/8 yapon dilində "haha" tələffüz edildiyi üçün seçilib.
Eltac Züflüqaroğlu/Turkustan.az