20 ildir qoz-fındıq sındırmaq üçün çəkic kimi istifadə edilən alətin Vyetnam müharibəsindən qalma qumbara olduğu üzə çıxıb.
Xarici KİV xəbərlərinə görə, hadisə Çinin Hubey əyalətində baş verib.
Belə ki, 90 yaşlı qadın 20 il əvvəl fermada işləyərkən maraqlı metal parça tapıb. Tapdığı metal parçanı çəkiclə səhv salan qadın onu gündəlik həyatında fındıq sındırmaq, mismar vurmaq kimi işlərdə istifadə edib.
Hadisədən isə evi sökməyə gələn ustalar xəbər tutub. Daha sonra qumbara yaşlı qadından alınıb. (teleqraf.com)