4 balıqçının dənizdən tapdıqları butulka onların sonu oldu


Cənubi Asiya ölkəsi Şri-Lankada 4 balıqçı dənizdə tapdıqları şüşədən maye içərək ölüb. 2 balıqçının həyati təhlükəsinin davam etdiyi bildirilir. Şri-Lanka Hərbi Dəniz Qüvvələri hadisəyə aydınlıq gətirmək üçün araşdırmaya başlayıb.

Turkustan.az xəbər verir ki, Cənubi Asiya ölkəsi Şri-Lankada bir qrup balıqçıMayenin nə olduğu hələ məlum olmasa da, balıqçılardan 4-ü həyatını itirib. 2 balıqçının vəziyyətinin ağır olduğu bildirilib.

Şri-Lanka Hərbi Dəniz Qüvvələri bildirib ki, balıqçılar butulkalarda spirt olduğunu düşünüb və onları içiblər. Balıqçıların butulkaların bir hissəsini bölgədəki digər həmkarlarına da verdiyi öyrənilib.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ