“WhatsApp”da yeni funksiya


“WhatsApp” “iPhone” üçün yeni funksiya əlavə edib.

Turkustan.az xəbər verir ki, bu barədə “WaBetaInfo” agentliyi məlumat yayıb.

Bildirilir ki, iOS məhdudiyyətlərinə görə, əvvəllər söhbətdə media göndərərkən siz yükləmə tamamlanana qədər proqramı açıq saxlamalı idiniz, əks halda yükləmə dayandırılacaq və istifadəçilər faylı yenidən göndərməli olacaqdılar:

““WhatsApp” tərtibatçıları yeni funksiya əlavə etməklə bu problemi həll ediblər.

İndi istifadəçi faylı ötürərkən proqramı bağlasa belə, növbəti dəfə messencer işə salındıqda “WhatsApp” bildiriş göndərəcək və yükləməyə davam etməyi təklif edəcək. Bu funksiya hazırda sınaq mərhələsindədir və tezliklə bütün istifadəçilər üçün əlçatan olacaq.

Maraqlananlar yeni funksiyanı ilk sınaqdan keçirən olmaq üçün beta testinə qoşula bilərlər. Bunun üçün “App Store”dan proqramın 24.13.10.71 versiyasını yükləmək lazımdır”. /yeniavaz.com/


MANŞET XƏBƏRLƏRİ