Uşağınızın dodağından öpməyin - Mütəxəssislərdən xəbərdarlıq


Mütəxəssislər hesab edir ki, yanlış sevgi jestləri uşaqların şürunda mənfi və qalıcı izlər yarada bilər. Onların fikrincə, uşaqları sevmək balacaların psixoloji inkişafı üçün çox vacibdir. Lakin bunu edərkən bədənlərinin gizliliyini qorumaq da eyni dərəcədə əhəmiyyətlidir. Uşaqları istəmədiyi halda yanağından öpmək və ya zorla sevmək düzgün deyil. Dodaqdan öpməklə sevgini ifadə etmək də yanlış münasibətdir.

Turkustan.az xarici KİV-ə istinadən xəbər verir ki, ən çox yayılmış səhvlərdən biri ana və ya atanın uşağı dodaqlarından öpməsidir. Bu vəziyyət uşaqda çaşqınlıq yarada və onun özünü yad adamlardan qorumasını çətinləşdirə bilər. Bundan əlavə, dodaqlar, digər erogen zonalar kimi, stimullaşdırma ehtiva edir və bu, uşağın cinsi şəxsiyyətinin inkişafına mənfi təsir göstərər.

Uşaqlar evdə öyrəndikləri heç bir davranışı doğru və ya yanlış olaraq ayırmaya bilir, valideynlərinin öyrətdiklərini və onlardan gördüklərini doğru kimi qəbul edir və mənimsəyirlər.

Sevgi ifadəsini dodaqdan öpmək kimi kodlaşdıran uşaq bu davranışını həmyaşıdları arasında, uşaq bağçasında və ya digər yerlərdə sevdiklərinə qarşı tətbiq etmək, onları dodaqlarından öpmək istəyə bilər.

Klinik Psixoloq Mərvə Qırna bu davranışın uşağın cinsi həyatına mənfi təsir etdiyini bildirib:

“Qız uşağını öpən ata, oğlan uşağını dodaqlarından öpən ana ailədə rol qarışıqlığına səbəb ola, sonrakı yaşlarda evlilik və cinsi həyatda problemlər yarada bilər. Atanın oğlunu, ananın isə qızını dodaqlarından öpməsi sonrakı həyatda cinsi oriyentasiyada fərqliliklərə və cinsi kimlik qarışıqlığına səbəb ola bilər". bakupost.az/


MANŞET XƏBƏRLƏRİ