Əsrlərdir axtarılan sirli yer: Adəmlə Həvvanın yaşadığı Cənnət bağı haradadır?


İnsanlar əsrlərdir Ədən bağının - Adəmlə Həvvanın yaşadığı məkanın harada yerləşdiyini öyrənməyə çalışırlar. Çoxları Cənnət bağının Yaxın Şərqdə yerləşdiyinə inanır, amma bunun Floridada (ABŞ) olduğuna əmin olanlar da var.

Turkustan.az xəbər verir ki, bu barədə “Daily Mail” yazıb.

Keçmiş hüquqşünas və baptist din xadimi Elvi E. Kallavey hələ illər öncə bu yerin Floridada olduğunu iddia etmişdi. Onun fikrincə, Floridanın şimalındakı Torrea dövlət parkı məhz Ədən bağıdır.

Maraqlıdır ki, dövlət parkı 1930-cu illərdə yaradılıb, amma Kallavey Bibliyanın ondan əvvəl mövcud olduğunu demişdi.

1956-cı ildə yerli hakimiyyət orqanları turistləri cəlb etmək üçün qonşu Bristol şəhərində “Cənnət bağı” yaradıb. Kallaveynin sözlərinə görə, burada Ədən bağının təsvirinə uyğun gələn bir neçə coğrafi obyekt tapa bilib. Din adamı hələ yarım əsr əvvəl əmin etmişdi ki, Ədən bağının eni 16 kilometrdir, çaya paralel uzanır.

Kallavey bildirir ki, təxmini “Həyat kitabı”na əsaslanır. Kitabda bağı suvaran çayın Ədəndən keçdiyi və oradan dörd dərəyə bölündüyü deyilir. Yer kürəsində yalnız iki çay buna uyğun gəlir: Apalaçikola (Florida) və Sibirdə (Rusiya) yerləşən bir çay. Amma məlum olduğu kimi, Sibir çox da qonaqpərvər bölgə deyil, ona görə də Ədən bağı üçün çox soyuq ola bilər.

Kallaveyin iddiasına görə, Yer kürəsinin ən qədimlərindən olan Torrea ağacları da Cənnət bağının burada olduğunu sübut edə bilər.

Keçən əsrin ortalarında nadir Torrea ağacı nəsli kəsilmək təhlükəsi ilə üzləşmişdi. Səbəb xəstəlik və həddindən artıq kəsim idi. Çünki ağac gəmilər üçün yanacaqdan tutmuş tikinti materialına qədər bir çox sənaye sahələrində istifadə olunurdu. Hazırda burada uzunluğu təxminən 60 santimetr olan bir neçə yüz qədim və bir neçə yeni əkilmiş ağac var.

Kallavey daha sonra özünə məxsus “Cənnət bağı” salıb. Bağ bu gün də qalır və nəsli kəsilmək təhlükəsi ilə üzləşən nadir bitkilərlə zəngindir.

Kallavey 1981-ci ildə vəfat edib, bu gün onun “Cənnət bağı” Apalaçikola qoruğunun bir hissəsi hesab olunur. (teleqraf.com)


MANŞET XƏBƏRLƏRİ