“WhatsApp”dan yeni funksiya


Məşhur “WhatsApp” messencerinə foto və videoları standart olaraq HD formatda göndərməyə imkan verən yeni funksiya əlavə olundu.

Turkustan.az xəbər verir ki, bu barədə “WABetaInfo” portalı məlumat yayıb.

Mütəxəssislər bildiriblər ki, “WhatsApp” standart olaraq HD keyfiyyətində media faylları ötürmək imkanını təqdim edib. Qeyd edilir ki, proqram parametrlərində “Məlumat və yaddaş” bölməsində standart olaraq HD formatında foto və ya videoların ötürülməsini seçmək lazımdır.


MANŞET XƏBƏRLƏRİ