İsti yay günlərində sərinləməyin ucuz yolu


İsti yay günlərində hamı sərinləmək üçün müxtəlif yollar axtarır. Sərinləməyin ən asan üsulu kondisioner hesab olunsa da, bu cibimizə ziyan vurur.

Turkustan.az daha sərfəli variant - ventilyatoru (sərinkeşi) kondisionerə çevirmək üsulunu sizə təqdim edir.

Sosial şəbəkələrdə paylaşılan bu üsulla həm evinizi sərin saxlaya, həm də enerjiyə qənaət edə bilərsiniz. Bunun üçün iki plastik butulkanın aşağı hissəsini kəsmək və bütün səth boyu deşiklər açmaq lazımdır. Daha sonra butulkaları ventilyatorun arxa hissəsinə iplə bağlayıb içərisinə buz əlavə edilir. Bu yolla otağın temperaturunu qısa zamanda aşağı sala bilərsiniz.

Buzlar əridiyinə görə tez-tez butulkalara nəzarət etmək lazımdır ki, təhlükəli vəziyyət yaranmasın. Saatda bir dəfə əriyən suyu boşaldaraq yerinə buz əlavə etmək məsləhət görülür. /teleqraf.com/


MANŞET XƏBƏRLƏRİ