2019-cu ildə fotoşəkili çəkilən ilk qara dəlik olan Messier 87 üzərində aparılan son araşdırmada qara dəliyin fırlandığı ortaya çıxıb.
Turkustan.az xəbər verir ki, 2019-cu ildə astronomlar ilk dəfə qara dəliyin şəklini çəkərək elm dünyasını heyrətə gətirdilər.
Sözügedən görüntü Yerdən təxminən 53 milyon işıq ili uzaqlıqda olan M87 qalaktikasına aid idi.
Bu şəkil böyük elmi nailiyyət idi. Lakin M87-nin mərkəzindəki uzaq qara dəliyin yeni müşahidələri daha da şok edici bir şey aşkar edib.
M87 ətrafında 22 illik müşahidə məlumatlarını araşdıran astronomlar aşkar etdilər ki, qalaktikanın mərkəzindəki qara dəlik fırlanır.
Bu 11 illik dövrün kəşfi Eynşteynin Ümumi Nisbilik Nəzəriyyəsinin doğruluğunu bir daha sübut edir.
M87-nin qara dəlik fırlanmasının qəribə təbiəti elm adamlarını maraqlandıran mövzudur.
Astronomlar hələ M87-nin qara dəliyinin nə qədər sürətlə fırlandığına və ya qara dəliyin üstündəki yığılma diskinin əslində nə qədər böyük olduğuna əmin deyillər.
Bunu öyrənmək üçün onlar qarşıdakı illərdə qara dəliyin daha çox müşahidələrini tamamlamalı olacaqlar.
Eltac/Turkustan.az