Kəşfiyyat robotu olduğu iddia edilən ağcaqanadlarla bağlı görüntülər maraq doğurub.
Bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.
Bildirilib ki, sözügedən ağcaqanadın daxilində miniatür nüvə batareyası, hətta kənarında lazer silahı yerləşdirilib:
"Arxa hissəsində isə mikrokompüter, önündə istiqaməti müəyyənləşdirmək üçün kiçik kamera var. Bu robot dondurucu soyuqlarda belə çalışa bilir. Düşmənin komanda mərkəzini aşkarlamaq, dar havalandırma kanallarından keçmək və sair kimi özəllikləri mövcuddur".
Paralel olaraq, kəşfiyyat robotu kimi göyərçinlərdən də istifadə edildiyi irəli sürülüb.
Qeyd edək ki, bunlar sadəcə iddialardan ibarətdir, yalan və ya doğru olması barədə hər hansı məlumat yoxdur. (Globalinfo.az)