Mask tərəfindən beyninə çip yerləşdirən adam danışdı: Artıq şəxsi həyatım yoxdur! - FOTO


2024-cü ilin yanvarında İlon Maskın Neuralink vasitəsilə beyninə çip yerləşdirən ilk insan olan Noland Arbaugh iflic olduqdan illər sonra yaşadıqlarını izah etdi.

Turkustan.az xəbər verir ki, Noland Arbaugh Black Mirror-un bir epizodunda yaşayır. O, Tesla şirkətinin baş direktoru İlon Maskın təşəbbüsü ilə əlillərə çiplərin implantasiyası layihəsinin ardından cihazı alan ilk şəxs oldu.

30 yaşlı Arbaugh 2016-cı ildə boynunu iflic edən avtomobil qəzasına düşüb. Maskın Neuralink təşəbbüsünü eşidəndə şansını sınamaq qərarına gəldi və "qvineya donuzu" olmağa razı oldu. Tətbiq uğurlu alındı. Beyninə yerləşdirilmiş çip sayəsində ağlı və təxəyyülündən istifadə edərək kompüteri idarə etmək bacarığı qazanıb.

BBC-yə danışan gənc çip quraşdırıldıqdan sonra həyatını təsvir edib.

Arbaugh: "Məni nə gözləyəcəyimi bilmirdim. Mənə elə gəldi ki, elmi fantastikada yaşayıram"-deyib.

Əlil olduqdan sonra video oyunları oynamağı dayandırmalı olan Arbaugh indi dostlarını döyə bilir.

Ümumilikdə müsbət danışan gəncin bəzi şikayətləri də var: "Deyərdim ki, səndə nəzarət yoxdur, gizlilik yoxdur. Hər şeydə başqalarına güvənməlisən".

Yadda saxlamaq lazımdır ki, qurğu beyin-kompüter interfeysidir, insanlar hərəkət etmək və onları əmrlərə çevirmək barədə düşünəndə meydana gələn kiçik elektrik impulslarını aşkarlayır.

Arbaugh hesab edir ki, bu cihaz İlon Mask cihazı deyil, elm adamlarına və elmə məxsusdur.

Elon Musk tərəfindən beyninə çip yerləşdirən adam danışdı: Artıq şəxsi həyatım yoxdur!

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ