Amerikalı alimlər dünyada indiyədək heç kimin görmədiyi yeni rəng kəşf etdiklərini iddia edir.
Turkustan.az xəbər verir ki, tədqiqatın nəticələri Science Advances jurnalında dərc olunub.
Onlar eksperiment zamanı insan gözünün adi şəraitdə görə bilmədiyi “olo” adlı yeni bir rəngin müşahidə edildiyi bildirilir. Alimlər xüsusi lazer impulsları vasitəsilə retina hüceyrələrini stimullaşdıraraq iştirakçıların bu rəngi görməsinə nail olublar.
“Olo” – dərin mavi-yaşıl çalar kimi təsvir olunur və yalnız xüsusi cihazlarla görünə bilər.
Eksperimentdə iştirak edən və araşdırmanın müəlliflərindən biri, Kaliforniya Universitetindən professor Ren Enq bu rəngi “reallıqda görünən bütün rənglərdən daha parlaq” adlandırıb.
Cəmi beş nəfərin iştirak etdiyi təcrübədə xüsusi optik cihazlardan istifadə olunub. Alimlər bu kəşfin gələcəkdə rəng korluğu ilə bağlı tədqiqatlara töhfə verə biləcəyini düşünürlər.
Bununla belə, bəzi mütəxəssislər yeni rəngin mövcudluğunu mübahisəli sayır. London Universitetindən professor Con Barbur bunun daha çox texnoloji nailiyyət olduğunu qeyd edir. /Modern.az/