Yadplanetlilərin yaşadığına dair ən güclü sübut: İzlər tapıldı


İngiltərədəki Kembric Universitetinin astronomları Günəş sistemindən kənarda həyatın izlərinə dair ən güclü dəlilləri açıqlayıblar.

Turkustan.az xəbər verir ki, James Webb Kosmik Teleskopu tərəfindən aparılan müşahidələr, Yerdən təxminən 124 işıq ili uzaqlıqda olan "K2-18 b" adlı nəhəng planetdə həyatın kimyəvi izlərini göstərir. Kembric Universitetinin astrofizika professoru Nikku Madhusudhanın rəhbərlik etdiyi tədqiqatlar çərçivəsində planetin atmosferində yalnız Yer kürəsində canlı orqanizmlər tərəfindən istehsal edildiyi bilinən dimetil sulfid (DMS) və dimetil disulfid (DMDS) kimi birləşmələr aşkar edilib.

Mütəxəssislər bu kimyəvi maddələrin varlığının yadplanetli həyatın olduğunu birbaşa sübut etmədiyini vurğulayaraq, bunun kainatda tək olub-olmaması sualının cavabına ən güclü yanaşma olduğunu bildiriblər. Professor Madhusudhan: "Bu, Günəş sistemindən kənarda bioloji fəaliyyətə dair hələ də ən güclü dəlildir. Siqnalın həqiqətən var olub-olmadığını və bunun nə demək olduğunu şübhə altına almalıyıq. Bəlkə illər sonra, bu anı geriyə nəzər saldıqda, həyata keçirə biləcək bir kainatın artıq əlimizdə olduğunu anlayacağıq. Bu, kainatda tək olub-olmadığımız sualına cavab verməyə başladığımız dönüş nöqtəsi ola bilər"-deyə, bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ